Əgər Bakı Qərbə qəfil dönüş etsə... - İllarionov

 Rusiyanın Azərbaycanla bağlı qlobal maraqları yoxdur.
Axar.az xəbər verir ki, bunu “Haqqin.az”a müsahibəsində Rusiya prezidentinin keçmiş köməkçisi Andrey İllarionov deyib.
“Azərbaycan stabil formada inkişaf edir və sizin bəxtiniz gətirib ki, Rusiyanın xristian Ermənistan və Gürcüstandan fərqli olaraq, ölkənizlə bağlı hansısa qlobal maraqları yoxdur. Əgər siz Qərbə tərəf hansısa qəfil dönüş etsəniz, heç kim sizinlə küskün tonda danışmayacaq, çünki siz ideologiya və dini baxımdan yadsınız. Bunun yerinə ukraynalılar, gürcülər, ermənilər, belarusların Qərblə istənilən yaxınlaşmasını Rusiya xəyanət sayır. Ona görə də Rusiya bu ölkələrin ona borclu olduğunu düşünür”, - o bildirib.шаблоны для dle 11.2
Tarix: 12-09-2019, 14:46




Xəbər lenti