Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

 Milli Şura növbəti mitinq qərarı verib.

Savash.org-un məlumatına görə, qurum aksiyanı sentyabr ayının 28-nə təyin edib. Bununla bağlı sosial şəbəkədə anons verən AXCP sədri Əli Kərimli deyib ki, mitinqdə siyasi və sosial tələblər səsləndiriləcək.

Xatırladaq ki, uzun müddətdir ki, sosial şəbəkələrdə və siyasi kluarlarda ölkə müxalifətinin "payız hazırlıqları"na start verməsi haqda məlumatlar dolaşır. Bu baxımdan 28 sentyabr mitinqini müxalifətin "payız qımıltısı" da adlandırmaq olar.шаблоны для dle 11.2
Tarix: 13-09-2019, 22:40




Xəbər lenti