“Yurd”dan növbəti istefa: Qadın üzvün səs yazısı bütün sirləri ortaya tökdü: “tüpürüm sizə…” - AUDİO


“Yurd”dan növbəti istefa: Qadın üzvün səs yazısı bütün sirləri ortaya tökdü: “tüpürüm sizə…” - AUDİO

Son günlər  Əli Kərimlinin rəhbəri olduğu “Yurd”un üzvləri bir-bir təşkilatı tərk edirlər. 

“Yurd”dan ayrılanlar və Əli Kərimlini istefaya çağıranlar Əli Kərimlinin onları ailələrinə çörək pulu qazanmaqdan məhrum edərək məcburi trolluğa cəlb etməsini, öz partiya yoldaşlarına sədaqətsizliyi və dəyər verməməsini əsas göstərirlər. Bu dəfə isə social şəbəkələrdə  “Yurd” üzvü Dilarə Miriyevanın təşkilatdan ayrılması ilə bağlı səs yazısı yayılıb. Səs yazısından da aydın olur ki, D.Miriyeva təşkilat daxilindəki haqsızlıqlardan, üzvlərə dəyər verilməməsindən şikayətlənir, hətat ağlayaraq kəskin narazılığını bildirir.

D.Miriyeva  “Yurd”dan istefa verdiyini də açıqlayıb:

“Nə oldu? Nərmin Xəlil orda, Şəbnəm orda,Türkan orda, Fatimə, nə bilim nə orda, hamı orda, hamıya yer oldu, Dilarə xanıma yer olmadı? Mən özümü sındırmadım, amma mənə bilirsiniz necə təsir edib? Əməyimin bəhrəsi bu idi? Siz hələ hakimiyyətə gəlməmisiniz, beləsiniz. Hakimiyyətə gəlsəniz, mənim kimisini, məni şəxsən ortada “tryapka” kimi kullanıb atacaqsınız. Özünüz istədiklərinizi gətirəcəksiniz vəzifəyə, Dilarə xanımın da harada canı çıxır çıxsın. İndiyə qədər nətər idisə, elə də sürünsün belə çıxır da. Demək məndən istifadə edin yalandan hakimiyyətə gəlmək üçün, sonra da məni kullanın atın, belə çıxır da. Çox təsir edib mənə, inanırsınız? Bu gün bütün günü ağlamışam, şəkərim, təzyiqim hara çıxıb bilmirəm. Hamının gətirib üst- başa keçirir, Emil Səlimovdur bunun hamısını edən. Hər şeyimi qurban etmişəm bu yolda, məni il yarım nəvələrimin üzünə həsrət qoyub qızım bu partiyaya görə. Oğlumu mənim üstümə qaldırıb, gündə oğlumla davadayıq buna görə. Bir şey olan kimi Emil bir yandan üstümə düşür, Ruslan Əmirli bir yandan, Hüseynağa bir yandan, hərəsi bir təlimat verir Dilarə xanım belə, elə. Həmən Dilarədir də, siz Dilarəni dəyərləndirmirsiniz? Mən onda tüpürüm sizə, lazım deyil, sizin partiyanıza da, hər şeyə də. Mən partiyadan çıxıram mənə lazım deyil bu partiya”. 

Yayılmış səs yazısı bir daha təsdiq edir ki, “Yurd” daxilində despot idarəçilik mövcuddur, heç bir demokratik, ədalətli mühit yoxdur, “yurd”çular Əli Kərimli tərəfindən yüksək basqıya məruz qoyulmaqla istismar olunur, onlara dəyər verilmir və trolluğa məcbur edilirlər.

Səs yazısını olduğu kimi təqdim edirik: 

Cebhe.info

шаблоны для dle 11.2
Tarix: 7-10-2019, 21:34




Xəbər lenti