Tramp, Merkel, Makron... – “Bədən dili” onların gizli cəmiyyət üzvü olması iddiası doğurub - Fotolar

Tramp, Merkel, Makron... – “Bədən dili” onların gizli cəmiyyət üzvü olması iddiası doğurub

Siyasətçilərin “bədən dili” haqqında çoxdan bəri davam edən mübahisələr var. Onların əl hərəkətlərinə əsasən, bu və ya digər gizli qurumlara üzvlükləri barədə rəy yürüdülməsi də yenilik deyil.

Reyting.az 
xarici mediaya istinadla dünya liderlərinin “bədən dili” barədə araşdırma aparıb.

Bu sarıda adı ən çox hallananlardan biri ABŞ prezidenti Donald Trampdır. Onun illuminatlar kimi tanınan gizli qlobal cəmiyyətin üzvü olması sui-qəsd nəzəriyyəçilərinə (konspiroloqlara) görə şəkk-şübhə doğurmur.

Tramp, Merkel, Makron... – “Bədən dili” onların gizli cəmiyyət üzvü olması iddiası doğurub

Konspiroloqlar deyir ki, illuminatlar demokratik prosesə qoşularaq dünyanı gizli şəkildə idarə edən və satanizmi təbliğ edən elitadır.

Sui-qəsd nəzəriyyəçiləri Trampın həmin qrupla əlaqələndirilən bir sıra əl işarələrindən istifadə etdiyini irəli sürür. Doğrudan da, ABŞ prezidenti nitq söyləyərkən, şeytanı simvolizə edən pozada baş barmağını və şəhadət barmağını bir-birinə yapışdırır. Bu əl işarəsi guya 666-nı təmsil edir, yəni Əhdi-Cədiddə adı çəkilən Dəccalı.

Tramp, Merkel, Makron... – “Bədən dili” onların gizli cəmiyyət üzvü olması iddiası doğurub

Lakin Birləşmiş Ştatların qurucu-atalarından biri olan Corc Vaşinqton da bu əl hərəkətini edirdi. Hətta bir heykəlində belə bu pozdadır.

ABŞ-ın keçmiş prezidentləri Corc Buş və Barak Obama da eyni jestlərdən istifadə edib.

İddiaya görə, bu, həm də gizli cəmiyyət üzvlərinin salamlaşma növüdür.

Sui-qəsd nəzəriyyəsinin tanınmış simalarından biri olan David Vose deyir ki, Trampın əl işarələri onun "gizli illuminat cəmiyyəti ilə əlaqəsinin açıq etirafı"dır.

İngiltərənin sabiq baş naziri Tereza Mey də eyni əl işarələri ilə kamera və obyektivlərə düşüb.

Amma təkcə o?

Tramp, Merkel, Makron... – “Bədən dili” onların gizli cəmiyyət üzvü olması iddiası doğurub

Almaniyanın kansleri Angela Merkel və Avropa Komissiyasının sabiq prezidenti Jan-Klod Yunkeri də oxşar “bədən dili”nə istinadla illuminat hesab etmək olar.

Bir fotoda İlham Əliyevlə yanaşı duran Fransa prezidenti Emmanuel Makronun da eyni pozda dayandığı aydınlaşır.

Tramp, Merkel, Makron... – “Bədən dili” onların gizli cəmiyyət üzvü olması iddiası doğurub

Kim nə deyirsə-desin, jestlər fikri ifadə etməni gücləndirir və onların müxtəlif ölkələrdə fərqli mənaları var. Deməli, yozumlar da eyni deyil.

Bir sözlə, qəti nəticə çıxarmağa tələsməməliyik.

Tramp, Merkel, Makron... – “Bədən dili” onların gizli cəmiyyət üzvü olması iddiası doğurub

Sevinc ABBASOVA



шаблоны для dle 11.2
Tarix: 11-10-2019, 21:16




Xəbər lenti