Yens Stoltenberq: “Türkiyə NATO üçün çox önəmlidir”

NATO Baş katibi Yens Stoltenberq Türkiyənin Suriyanın şimal-şərqində apardığı hərbi əməliyyatla bağlı mövqeyini dəyişdirmədiyini söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Y.Stoltenberq bununla bağlı NATO Parlament Assambleyasında xüsusi çıxış edib. Baş katib İŞİD-ə qarşı mübarizədə alyansın həmrəyliyinin pozulmamalı olduğunu deyib.

“Reuters” bununla bərabər NATO-da Türkiyənin Suriyaya müdaxiləsindən sonra ciddi parçalanmaların yaşandığını bildirib.

“Biz ümumi düşmənimizə qarşı əldə edilən uğurları təhlükəyə soxmamalıyıq”,-deyə Yens Stoltenberq onu Türkiyəyə qarşı həddən yumşaq davranmaqda təqsirləndirən Fransa və İtaliya nümayəndə heyət üzvlərinin iradlarını bu sözlərlə cavablandırıb.

“Türkiyə NATO üçün çox vacib bir müttəfiqdir. Biz bununla İŞİD-lə savaşda birliyimizi itirə bilərik”,-deyə alyansın baş katibi vurğulayıb.

шаблоны для dle 11.2
Tarix: 15-10-2019, 06:40




Xəbər lenti