“Real siyasi qüvvələr parlamentə buraxılmalıdır və mübarizə küçədə deyil, məclisdə aparılmalıdır”


Aksiya

“Bakıda oktyabrın 19-da keçirilən mitinq göstərdi ki qarşıdurmaya deyil, dialoq mühitinə ehtiyac var”.


Bu barədə Bizimyol.info-ya politoloq Elxan Şahinoğlu bildirib.


Elxan Şahinoğlu Elxan Şahinoğlu


Politoloq deyib ki, baş verən hadisə acınacaqlıdır: “Mitinqdə saxlanılanların əksəriyyəti sərbəst buraxıldı, bir neçə nəfər həbs olundu. Bu hadisədən Azərbaycanı zəiflətmək istəyən xarici qüvvələr də istifadə edə bilər. Qarşıdan parlament seçkiləri gəlir. Real siyasi qüvvələr parlamentə buraxılmalıdır və mübarizə küçədə deyil, parlamentdə aparılmalıdır”.

E.Şahinoğlu deyib ki Prezident yanında İctimai Palatanın yaradılmasına ehtiyac var: “Həmin palatada bir neçə ictimai fəal olsun və ildə bir neçə dəfə toplaşıb mürəkkəb məsələlər prezidentin yanında müzakirə olunsun”.

Politoloq deyib ki əvvəllər müxalifət rahat şəkildə “Məhsul” stadionunda mitinqlərini keçirirdi və qarşıdurma da baş vermirdi: “Mitinq keçirmək üçün Lökbatanı ünvan göstərmək əvəzinə “Məhsul” stadionunda mitinq keçirməyə icazə verilə bilərdi”.

Siam.az

шаблоны для dle 11.2
Tarix: 22-10-2019, 14:06




Xəbər lenti