Mehman Hüseynov bələdiyyə sədri olmaq istəyir





Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Mehman Hüseynov namizədliyini irəli sürməyi Parlament seçkiləri üçün bir test adlandırıb. O, bələdiyyə seçkilərində qalib olacağına inandığını bildirib.

Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürən Hüseynov, 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb. 

Qeyd edək ki, bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
шаблоны для dle 11.2
Tarix: 7-11-2019, 21:01




Xəbər lenti