"ABŞ Böyük Azərbaycan planını işə salır" - Sensasion müsahibə

 “İran parlamentinin deputatları və dövlət adamları Güney Azərbaycan türkləri haqda səfeh fikirlər səsləndirir, təhqiramiz ifadələrə yer verir. Bu da inqilabın beşiyi olan Təbrizi qane etmir. Bilirlər ki, onlar öz hüquqlarını qorumasalar, farslar onları öz içində əridəcək. Amma farslar bunu yüz illərlə bacarmayıbsa, indi də bacarmayacaq”.
Politoloq Cümşüd Nuriyev belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Artıq bir aydan çoxdur İraqda hakimiyyət əleyhinə başlayan etiraz nümayişləri səngimək bilmir. Sizcə, baş verənlər bir təsadüfdürmü?
- İraqda türkmənlər və kürdlərin hüquqları pozulur. Çünki ABŞ verdiyi vədlərin heç birini yerinə yetirmədi və qeyri-adekvat addımlar atdı. Bundan başqa, İraq hakimiyyətindəki kürdlərlə ərəblər arasında güclü qarşıdurma var. Habelə İran tərəfindən dəstəklənən şiələrin mövqelərinin güclənməsinə görə sünnilərlə qarşıdurma yaşanır. Amerika da bunları görür, amma gücü çatmır. Öhdəsindən gələ bilmədiyinə görə, İran Bağdadda əhalini küçələrə tökməyə başladı. Bu, İraq üçün yaxşı heç nə vəd etmir. Çünki İraq 16 ildir od-alovun içindədir, buna görə də baş verənlər ölkənin tamamilə batırılmasına gətirib çıxaracaq. Onsuz da kürdlər özlərinin müstəqil dövlətini elan ediblər, hər şeyləri var, hakimiyyət və parlamentdə də təmsilçilikləri mövcuddur.
Başqa sözlə, həm milli, həm də dini ayrı-seçkilik İraqda insanları küçələrə töküb. Bu çox qorxuludur və bunun axırı çox pis qurtaracaq.
- Amma diqqət çəkən bir məqam da var ki, Kərbəlada İran konsulluğunun yandırılmasına cəhdlər edildi, Bağdaddakı etirazlarda isə İranın dini şəxsiyyətlərinin şəkilləri yandırıldı. Bunlar isə o ehtimalları yaradır ki, gedən proses İranın bölgədən sıxışdırılıb çıxarılmasına yönəlib.
- Düzdür, buna cəhdlər oldu. Amma kim zəmanət verə bilər ki, İran bu işdə maraqlı deyil? 1980-1988-ci illərdə baş verən müharibədə İran imam Əlinin məzarının yerləşdiyi Nəcəf şəhərini atəşə tutmuşdu. Halbuki İran Əlinin Kufədə öldüyü ili belə qeyd edir. Yəni, özünü Əlinin davamçıları sayan şiə təriqətli İran gəlib bu şəhəri atəşə tutursa, Kərbəladakı konsulluğun yandırılmasına cəhd də İranın öz marağı ola bilər. İran oyundan kənarda qalmaq istəyir.
Əlbəttə, İranın İraqda təsir dairəsi böyükdür. Burada kürdlərin də, ABŞ-ın da maraqları var. Amma Kərbəlada baş verənlər İranın oyundan kənarlaşdırılması kimi başa düşülməməlidir. Burada böyük oyunlar gedir. Əlbəttə, olayların miqyası daha da böyüsə, İran haqda qəti qərar verə bilərlər. Amma indiki halda bu adi və İrana qarşı yönəldilmiş bir faktordur. Və bunun kim tərəfindən hazırlandığı və həyata keçirildiyi məlum olmadığına görə rəy vermək çətindir.
- İraqda gərginliyin pik həddə qalxdığı bir dönəmdə rəsmi Ər-Riyad mərhum dövlət başçısı Səddam Hüseynin qızı Rəqad Səddamı gələn ay Səudiyyə Ərəbistanında keçiriləcək beynəlxalq konfransa dəvət etdi. Konfrans da İraqla bağlıdır. Bunun Bağdaddakı hadisələrlə bir əlaqəsi ola bilərmi?
- Məlumdur ki, Səddam Hüseynin özü qızlarının həyat yoldaşlarının ikisini də asdırdı. Həmin şəxslər xarici kəşfiyyata işləməkdə ittiham olunurdu. İndi də konfransa dəvət olunan Səddamın qızı vaxtilə Səudiyyə Ərəbistanının agenturasında oturmuş şəxsin həyat yoldaşıdır. Onları bu qadının Səddam Hüseynin qızı olması maraqlandırmır. Sadəcə olaraq, onların bir vəfa borcu var, çünki Səddam Hüseyn vaxtilə bu qadının ərini onlara görə öldürmüşdü. Yəni Səudiyyə Ərəbistanı vaxtilə ona agent işləmiş bir şəxsin həyat yoldaşını bu tədbirə dəvət etməklə öz vəfa borcunu yerinə yetirir. Bunun başqa bir tərəfinin olduğunu düşünmürəm.
- Bəs regionun digər ölkəsi Livanda Baş nazir Saad Həririnin istefasına səbəb olan anti-hakimiyyət etirazları haqda fikriniz nədir?
- Həriri istefa verdikdən sonra Livanda ara kifayət qədər qarışıb. Çünki Livana həm İranın, həm də xristian dünyasının çox güclü təsirləri var. Livanda yaşayan xristianlar müsəlmanlarla yola getmir, bir-birini qəbul etmirlər. Çünki xristian ərəblər həddən artıq avropalaşıb, istefa verən Həriri də onlardan biridir. Bu baxımdan, Livanda erməni faktorunu nəzərdən qaçırmaq olmaz. Çünki bu ölkədə erməni lobbisi də açıq formada ortadadır. Ermənilərin xristian ərəblərlə birləşməsi təsadüfi deyil, bu, ermənilərin Amerikadan aldığı tapşırıqdır.
Hesab edirəm ki, Livanda baş verənlər İrana qarşıdır. Bu, birbaşa İrana qarşı yönəlmiş prosesin tərkib hissəsidir. İran Livandan sıxışdırılıb çıxarılsa, avtomatik olaraq İraq və Suriyadan da çıxarılacaq. Çünki İranın bölgədə ən güclü bazası Livandadır.
- Bəs bu ehtimal mümkündürmü?
- Mümkündür, çünki İran bütün cəbhələrə çata bilmir. Bir tərəfdən ABŞ-a qarşı mübarizə aparır, digər yandan Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatında ciddi problemlər yaradıb. Bir tərəfdən də İran daxilindəki 40 illik molla rejimi gənc kəsimlə üz-üzə qalıb, tərəflər bir-birini qəbul etmək istəmir. Habelə şahzadə Məhəmməd bin Salmanın Səudiyyə Ərəbistanında İslam şəriətinə uyğun olmayan islahatlar aparması bumeranq effekti ilə İrana dəydi. Səudiyyədəki islahatlardan sonra İranda da islahat tələbi ilə çıxış edənlərin sayı artıb. Yəni, İranda milli qarşıdurma yeni müstəviyə keçir, əsas gərginlik farslar və kürdlərin arasındadır. Buna görə də İran çətin dudumdadır.
Hesab edirəm ki, İranı Livandan çıxarsalar, o bir dövlət kimi dağılacaq.
- İran daxilində milli zəmində baş verən gərginlik fonunda Güney Azərbaycan hansı yerdə durur? Son günlərdə Güneydə etirazların artdığına dair xəbərlər gəlməyə başlayıb.
- İran parlamentinin deputatları və dövlət adamları Güney Azərbaycan türkləri haqda səfeh fikirlər səsləndirir, təhqiramiz ifadələrə yer verir. Bu da inqilabın beşiyi olan Təbrizi qane etmir. Bilirlər ki, onlar öz hüquqlarını qorumasalar farslar onları öz içində əridəcək. Amma farslar bunu yüz illərlə bacarmayıbsa, indi də bacarmayacaq.
İranda prosesin alovlanması məsələsi gündəmdədir. Bu plan ABŞ-ın 1997-ci ildə qəbul etdiyi gündəlikdə də var, onlar İranı 5 dövlətə parçalamaq istəyirlər. Bu planda Böyük Azərbaycan yaratmaq məsələsi də var. Urmiyadan başlayan əraziləri Azərbaycan Respublikasına birləşdirmək niyyətləri var. Buna görə də ABŞ prosesin qızışmasında maraqlıdır. Bu nöqteyi-nəzərdən Güney Azərbaycanda vəziyyətin qarışması ehtimalı çox yüksəkdir.шаблоны для dle 11.2
Tarix: 7-11-2019, 21:33




Xəbər lenti