“36-lar”: BƏXT KİMİN ÜZÜNƏ GÜLƏCƏK, YAP BU DƏFƏ KİMƏ “YAŞIL İŞIQ” YANDIRACAQ…?


 

Azərbaycan cəmiyyəti növbədənkənar (6-cı çağırış) parlament seçkilərinə gedir.

Seçkilərə siyasi partiyaların təmsilçiləri ilə yanaşı, heç bir siyasi təşkilatda təmsil olunmayan iqtidayönlü, müxalifyönlü və tam müstəqillər də qatılacaqlar.

Artıq müstəqillərdən (bitərəflərdən) bir çoxu seçkilərə qatılacaqlarını bildiriblər.

Qeyd edək ki, son günlərini yaşayan 5-ci çağırış Milli Məclisdə (MM) də müstəqil (bitərəf) millət vəkiləri təmsil olunurlar.

Onların sayı hazırda 36 nəfərdir.

Bəs görəsən, onlar neçə dəfə MM-də təmsil olunublar və olunmaqdadırlar?

Eyni zamanda, hakim Yeni Azərbaycan Partiyası (YAP) onlardan bu dəfə  kimlərin xeyrinə öz namizədlərini irəli sürməyə bilər və ya sürməyəcək?

Müstəqil (bitərəf) millət vəkilləri arasında birincilik ünlü sənətkar, SSRİ Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli Zeynəb xanım Xanlarovaya məxsusdur.

O, parlamentdə 7-ci dəfədir təmsil olunur.

83 yaşlı korifey sənətkar iki dəfə sovetlər dönəmində, 5 dəfə isə müstəqillik dönəmində deputat seçilib və hazırda da MM-in üzvüdür.

İkincilik iş adamı Hacı Madər Musayevə məxsusdur.

O, 6-cı dəfədir MM-də təmsil olunur.

Hacı Madər bir dəfə keçmiş Ali Sovetdə təmsil olunub, 5 çağırışdır ki, MM-in üzvüdür.

Onun yenidən namizəd olacağı söylənilir, özü də istisna etməyib mətbuata açıqlamasında.

Üçüncülük millət vəkili, Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri, parlamentin Regional məsələlər komitəsinin sədr müavini, MM-in Hesablayıcı komissiyasının sədri Fəttah Heydərova məxsusdur.

F. Heydərov 5 çağırışdır MM-də təmsil olunur.

O da yenidən seçkilərdə iştirak edə bilər.

Saytımıza açıqlamasında da bunu istisna etməyib, ancaq tələsməyə də ehtiyac olmadığını sözlərinə əlavə edib.

Dördüncülük akademik, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevaya, akademik, parlamentin komitə sədri Ziyad Səmədzadəyə, professor Bəxtiyar Əliyevə, sabiq birinci vitse-premyer Vahid Əhmədova, iş adamı Azər Kərimliyə, Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri Zahid Oruca,  Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyevə və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) prezidenti Səttat Möhbalıyevə məxsusdur.

Onlar hər biri 4 dəfə millət vəkili seçilib və hazırda da MM-in üzvləridirlər.

Bu yerdə qeyd edək ki, Z. Səmədzadə ilə V. Əhmədov bir dəfə sovetlər dövründə (keçmiş Ali Sovetdə) deputat seçiliblər, son 3 çağırışda da MM-in üzvü kimi fəaliyyət göstərirlər.

Onlar hər birinin, xüsusilə, A. Quliyev, V. Əhmədov  və B. Əliyevin  növbəti dəfə seçkilərə qatılacağı istisna olunmur.

Beşincilik tanımış jurnalist-yazar, Xalq yazıçısı Elmira Axundovaya, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevaya, vitse-spiker Valeh Ələsgərova, sabiq vitse-premyer Əli Məsimliyə, professor Rüfət Quliyevə, tanınmış bəstəkar Novruzəli Aslanova, tanınmş yazıçı-publisist Aqil Abbasa, professor, MM-in komitə sədrinin müavini Jalə Əliyevaya, MM-in komitə sədri Ülvi Quliyevə, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə  və Adil Əliyevə məxsusdur.


Onların hər biri son üç çağırışdır MM-in üzvüdür.

Adıçəkilən millət vəkillərindən kimlərin 4-cü dəfə namizəd olub-olmayacağını indidən söyləmək çətin olsa da, V. Əlsəgərovun seçkilərə qatılmayacağı söylənilir.

Onun bir neçə gün öncə Ələt Azad İqtisadi Zonası ilə bağlı vəzifəyə təyin edilidiyi üçün seçkilərdən kənarda qalacağı ehtimal olunur.

İki dəfə millət vəkili seçilənlər isə bunlardır: Flora Qasımova, professor Aqiyə Naxçıvanlı, Cavanşir Feyziyev, politoloq Sahib Alıyev, Elxan Süleymanov, Çingiz Qənizadə,  professor Musa Qasımlı, politoloq Rasim Musabəyov, Aytən Mustafazadə, Mahir Aslanov və Hacı Salayev

Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov, Kamran Nəbizadə və digər bitərəflər isə ilk dəfədir MM-də təmsil olunurlar.

Bu dəfə də bəxt, şans kimin üzünə güləcək, YAP kimlərə “yaşıl işıq” yandıracaq, kimlər özü kənara çəkiləcək, kimlər kənarda qalacaq, çox yaxın gələcək göstərəcək.

İndidən hər kəsə uğurlar!/Etikxeber.az/

Siam.az

шаблоны для dle 11.2
Tarix: 4-12-2019, 16:55




Xəbər lenti