Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) Kadrlar şöbəsinin rəisi, polkovnik-leytenant Fail Quliyev vəzifəsindən azad olunub. 

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.


Qeyd edək ki, polkovnik-leytenant Fail Quliyev Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır. 

Orxan Həsənli