İqbal Ağazadənin “güclü əli” və rəqiblərin hiss etdiyi “sillə”


Xəbər verdiyimiz kimi “Ümid” partiyasının sədri İqbal Ağazadə və “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən parlament seçkilərinə namizədliklərini irəli sürüblər.  
  İlk öncə köklü müxalif partiya sədri İqbal Ağazadə namizədliyini versə də bir neçə gün öncə Müsavat Partiyasının qurucularından olan, hazırda “Yeni Müsavat” Media Qrupunun rəhbəri olan Abbasov Rauf Arif oğlu da eyni dairədən namizədliyini verdiyini açıqlayıb.
Rauf Arifoğlunun bu gözlənilməz addımı mediada yetərli qədər səs-küy yaradıb. Tərəflər arasında çəkişmələr, media qarşıdurmaları özünü çox gözlətməyib. Bu əslində məsələnin normal görünən tərəfidir. Amma olayın gerçək məqamları seçki təbliğatına start verilənə qədər tam şəkildə ortaya çıxdı. Hər iki şəxsin namizədlikləri təsdiqləndikdən sonra bu mübarizənin ən çox müzakirə olunan məsələlərdən birinə çevrildi və heç şübhəsiz bu müzakirə sosial şəbəkələrı də sirayət etdi.Buna qədər bir neçə dəfə facebook sosial şəbəkəsində bu iki namizədə münasibətlə bağlı sorğular keçirilib. Bütün sorğularda İqbal Ağazadə rəqibini 90 faizdən yuxarı nəticə ilə üstələyir.
Bu günlərdə “Azərbaycan Reallığı” səhifəsinin keçirtdiyi sorğu da eyni böyük üstünlüyü ortaya qoydu. Maraqlıdır ki, sorğu iştirakçıları yalnız səsvermə ilə kifayətlənmir. Keçirilən sorğularda insanların maraqlı münasibətləri də ifadə olunur.

“Azərbaycan Reallığı” səhifəsinin keçirtdiyi sorğu zamanı qeyd edilən mindən artıq rəydən bir neçəsinə diqqət edək: Famil Abbasəliyev yazır: “Belə müqayisə yalnız bizdə mümkündür.Mənə görə bu dəyərlərin,meyarların pozulması ucbatından əmələ gəlir.Yalnız bizlər pələnglə pişiyi yanaşı qoyub hansını bəyəndiyimizi soruşarıq.Idmanda belə bir anlayış var ,,çəki dərəcəsi"Bunu siyasətə də şamil etmək lazımdır.Yoxsa, İqbal bəy bunu da elə Elman Nəsirov kimi elə birinci raundaca nokaut edər”.
 Elxas Comərd adlı facebook üzvi isə bildirir: “Yenə deyirəm, sabahda deyəcəm İqbal bəy. İqbal bəy bütün pisliklərə, ona qarşı haqsızlıq baxmayaraq həmişə, digərlərinə nisbətdə, qisasçılıq, şərəşürlüklə çıxışlar etməyib. Həmişə ədalətin, haqqın, millət üçün vacib olan məsələlərin yanında olub. O partiyadan deyiləm, üzv olmaqda hazırlaşmıram, İqbal bəylədə şəxsi tanışlıqım yoxdu, sadəcə onun çıxışlarına baxmışam”. Fariz Yusiflinin rəyi isə mənzərəni tam ifadə edir: “Keçən seçkidə əksəriyyət Iqbal bəyə səs verdi amma , qutudan nadürüst Araz Əlizadə çıxdı. Ümid edirəm bu dəfə xalqın səs verdiyi namizəd İqbal Ağazadənin qələbəsi tanınacaq” Facebook üzərindəki belə bir fiasko çox yəqin ki qarşı tərəf üçün gözlənilməz olub. Çünki hər zaman sosial şəbəkələrin əhəmiyyətindən, burdakı fikirlərin ictimai rəyi əks etdirməsindən danışan Rauf Arifoğlu “Seçki Xətai dairəsində keçirilir, facebokda yox” deməklə yalnız özü özünü inkar etmədi, həm də ilk məğlubiyyətini etiraf etdi. Maraqlıdır ki, Arifoğlunun növbəti seçki paradoksu da elə bu məqamla bağlı yaşandı.
“Seçki Xətai rayonunda keçirilir” deyə car çəkən baş redaktorun seçki qərərgahini bu seçki dairəsinə heç bir aidiyyatı olmayan adamlar təşkil edir. Hətta Türkiyədən gələn Atilla Kayanın səfəri də xüsusi olaraq təbliğ olunur. Belə yerdə “seçki Xətai dairəsində keçirilir!” həqiqəti daha gur səslənir. Bu dairənin isə artıq uzun illərdir ki öz qanunları var. Həmin dairədən İqbal Ağazadə bir dəfə deputat olub və seçicilərlə də çox yaxşı işləyib. Yaddaqalan, əhalini narahat edən məsələləri Milli Məclis tribunasından cəsarətlə səsləndirməsi ilə yanaşı, həm də seçicilərinin yanında olan, onların ən xırda problemlərinə kimi maraqlanan deputat kimi yadda qalıb.
Bu məqam İqbal Ağazadənin “əlini” xeyli gücləndirir. Bu əlin “silləsini” isə artıq rəqiblər hiss etməkdədir.
  Şahin Əhmədov,
  Siam.az
Tarix: 15-01-2020, 09:22




Xəbər lenti