ABŞ-ın növbəti prezidenti Qarabağı qaytaracaq


 ABŞ-da bu il keçiriləcək prezident seçkilərinə hazırlıq mərhələsi başlayıb və partiyalar içərisində vahid namizəd irəli sürmək üçün hər ştatda praymers-ilkin seçkilər keçirilir. Moderator.az xəbər verir ki, Vermontdan olan senator Berni Sanders Nevada ştatında Demokrat partiyası içərisində keçirilən müsabiqədə qalib gəlib. Qalib namizəd CBS News telekanalının 60 dəqiqə proqramına müsahibə verib. Berni Sanders müsahibədə deyib ki, o AĞ Evə başçılıq etsə “ müəyyən situasiyada” hərbi gücdən istifadə edəcək.

“Mən NATO-nun gücünə inanıram və hesab edirəm ki, Birləşmiş Ştatlar təkbaşına vuruşmalı deyil, başqa ölkələrlə də əməkdaşlıq etməlidir” və əlavə edib ki, əgər Çin Tayvana qarşı hərbi əməliyyat başlasa, o hərbi güc tətbiq edəcək.

“Mən hesab edirəm ki, biz dünya ölkələrinə anlatmalıyıq ki, kiminsə başqa ölkənin ərazisinə müdaxilə etməsinə imkan verməyəcəyik,  biz əlimizi sallayıb oturmaycağıq”.

P.S. Berni Sandersin bu bəyanatı işğala məruz qalan Azərbaycan üçün böyük avantajdır. Deməli, sabah Azərbaycan işğal olunmuş torpaqlarını azad etməyə başlayanda Minsk Qrupunun üzvü, vasitəçi üç dövlətdən biri ABŞ buna etiraz etməyəcək. Berni Sandersin prezident seçkilərində qalib gəlməsinə indidən dəstək verək. Yaşayarıq görərik.
шаблоны для dle 11.2
Tarix: 24-02-2020, 19:51




Xəbər lenti