“Prezidentlərin indiyədək həmsədrlərlə pərdə arxasında Qarabağ haqda nə danışdıqlarını deyə biilmərəm...”





“Məsələnin siyasi həllindən əvvəl sülh müqaviləsi bağlanmalıdır”. 

Moderator.az xəbər verir ki, bu sözləri “Moskvanın adamı”, “Paşinyanın düşməni” sayılan işğal altındakı Azərbaycan torpaqlarındakı separatçı-terrorçu rejimin  “prezident”liyinə namizəd general Vitaliy Balasanyan Aysor.am-ın "Profile" proqramına verdiyi müsahibədə söyləyib. 

“Namizəd kimi Qarabağ münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə hansı çağırışları etmək istərdiniz” sualına  cavabında V. Balasanyan belə deyib:

“Sülh müqaviləsinin ən qısa müddətdə imzalanması lazımdır. Mən bu təklifləri Ermənistan parlamentinin deputatı olduğum dövrdə Minsk Qrupunun həmsədrləri ilə müxtəlif formatlarda keçirilən görüşlərdə də dəfələrlə qaldırmışam. Məsələnin siyasi həllindən əvvəl sülh müqaviləsi bağlanmalıdır. Bu, ilk vacib məsələdir. Nə qədər danışıq aparılsa da, məsələ həll olunmayacaqdır. Tərəflər arasındakı atışmalar sıfıra endirilməyincə, danışıqlar masasında Azərbaycan-Qarabağ mövzusunda danışıla biləcəyi istisna edilir” 

Ermənistanın bütün liderlərinin separatçı rejim rəhbərliyi ilə danışıqlar prosesində səmimi olub-olmaması barədə suala gəlincə, keçmiş “təhlükəsizlik şurası” katibi  ikinci və üçüncü prezidentlərin(Robert Köçəryan və Serjik Sərkisyan) səmimi olduğunu təsdiqləyə biləcəyini qeyd edib.

"Ermənistan prezidentləri ATƏT-in Minsk Qrupu  həmsədrləri ilə hər görüşdən əvvəl “Artsax Respublikası”nın “prezident”ləri (ifadə V.Balasanyana aiddir- S.L.) (həm Arkadi Qukasyan, həm də Bako Saakyanla) ilə görüşüb danışıqlar aparırdılar. Sonra da Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüşlər təşkil edir, danışacaqları məsələləri müzakirə edirdilər. Amma pərdə arxasında nə müzakirə olunurdu, deyə bilmərəm. Ancaq rəsmi məlumatlara gəldikdə, ikinci və üçüncü prezident səmimi idilər ”- deyə Vitaliy Balasanyan bildirib.

P.S. Görəsən, Moskvanın adamı olan erməni general Azərbaycanla sülh müqaviləsi üçün niyə belə tələsir?.. Yəqin, politoloqlarımız izah edərlər...

Sultan Laçın
шаблоны для dle 11.2
Tarix: 25-03-2020, 20:35




Xəbər lenti