Davosda biznes "davası", əxlaqsızlıq yuvası - “The Times” qəzeti yazır

 
  Hər ilin yanvarında, İsveçrənin kiçik qış kurortu sayılan Davos şəhəri bir həftə ərazində dünyanın maliyyə mərkəinə çevrilir. Burada təşkil olunan Ümumdünya iqtisadi forumunda siyasət və iş dünyasından minlərlə nümayəndə iştirak edir. Bütün bunlar şəhəri Alp dağlarıının kurortu olmaqdan çıxarıb faydalı görüşmələrin və əlaqələrin episentrinə çevirir.
Lakin gülümsəyən sifətlər, dəbdəbəli ziyafətlər və kütləvi mətbuat konfransları ilə bərabər “Davos”un bir də qaranlıq tərəfi var.
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın “The Times” qəzeti İsveçrədə bir həftə ərzində qadınlara qarşı tətbiq olunan zorakılıqlar, onların məruz qaldığı təcavüz olayları ilə bağlı maraqlı yazı dərc edib.
Qəzet bu araşdırmasını “Channel 4” kanalının “Dispatches” adlı proqramı ilə birlikdə həyata keçirib. Burada qadın nümayəndələr və mətbuat mənsublarına qarşı zorakılıqların həyata keçirilməsindən, alçaldıcı hərəkətlərdən və arzuolunmaz fiziki təmaslardan danışılır.
İş o yerə çatıb ki, forumun təşkilatçıları qadın nümayəndələrə və jurnalistlərə yalnız qruplar halında gəzməyi, gecə qaldıqları oteldən kənara çıxmamalarını məsləhət görüb.

Hətta qadınlardan biri onlardan bunun səbəbini soruşduqda belə bir cavab alıb: “Ona görə ki, başınıza bir iş gəlsə, kimə inanacaqlar, sizə, yoxsa milyarder bir baş direktora?”
1971-ci ildən bu yana toplanan bu forum dünyanı dəyişdirmək istəyən xadimləri birləşdirir. Gələn nümayəndələrdən 3 mininin Konqres-sentr mərkəzinə girmək hüququ var. Lakin onları müşahidə edən 30 min insan günlərini və axşamlarını şəhərdəki əyləncə mərkəzlərində keçirirlər. Zərif cinsin mənsublarına qarşı əxlaqsız hərəkətlərə ən çox buralarda rast gəlinir.
Məsələn, şəhərdə “Grandhotel Belvédère” otelində iri şirkət sahiblərinin qadın nümayəndələr və jurnalistlərə təcavüz hərəkətlərinə yol verdikləri ən çox danışılan mövzulardandır.
Bundan başqa, forumun keçirildiyi bir həftə ərzində Davos şəhəri qədim peşə sahibləri ilə dolub-daşır. Fahişəlik İsveçrədə leqal sayılır və yerli polisin verdiyi xəbərə görə, buraya həmin müddətdə Rumıniya və Bolqarıstandan ən az 100-ə yaxın yüngül həyat tərzi keçirən qadınlar gəlir. Bir çoxları isə kişi nümayəndələr tərəfindən köməkçi və ya katibə adı ilə gətirlir, varlı iş adamlarına satılması və ya mühüm siyasi füqurlara “peşkəş edilməsi” üçün rəsmi tədbirlərə daxil olunurlar. 
Yazıda Davosdakı “Piano Bar” və “Hotel Europe” kimi məkanların da bu cür “tədbirlər”in mərkəzi olduğu vurğulanır.
"The Times" yazıb ki, Rusiya dövləti tərəfindən nəzarət olunan investisiya fondu qadın alt patlarları nümayiş etdirən manekenləri milyarderlərə və krallıq ailələrinə qulluq etmələri üçün tutub. Fond bunun üçün həmin qızlara 500 funt pul da ödəyib./Musavat.com/
шаблоны для dle 11.2
Tarix: 25-03-2020, 23:18




Xəbər lenti