“Cəmil Həsənlinin ağzından iy gəlir, dişlərini yumur“ – Sərt cavab

“Cəmil Həsənlinin ağzından iy gəlir, dişlərini yumur“  – Sərt cavab 

“Cəmil Həsənlinin mənə qarşı ittihamları Prezident seçkiləri zamanı Araz Əlizadənin ona "Cəmil Həsənlinin ağzından iy gəlir, dişlərini yumur" deməsindən fərqlənmir. Onun Hacı İlqara qarşı sürdüyü iradların hamısı qərəzli, həqiqətə uyğun olmayan, ən başlıcası isə ona yaraşmayan iddialardır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Şuradan istefa verən tanınmış rejissor Eldəniz Quliyev deyib. Bildiirb ki, Milli Şuradan gedib-getməmək məsələsi onun öz öhdəsinə buraxıldığı halda, Cəmil Həsənli ictimaiyyəti aldatmağa çalışır: “Məgər sizin kimisə Milli Şuradan çıxarmaq səlahiyyətiniz var? Məsələ müzakirə olundu, bəziləri mənim MŞ-dan getməyimi məsləhət gördü, bəzilərisə əksinə. Qərar öz öhdəmə buraxıldı. Sonda mən belə bir qurumda qala bilməyəcəyimi bəyan etdim və hətta "niyəsi"ni də deyərək, hamıya uğurlar arzulayıb ayrıldım. Kaş ki, həmin toplantının görüntüləri yayılaydı. Rica edirəm, qırmızı xətti qırmızı yalanlarınızla keçməyin, əks-təqdirdə sizin bütün psevdo- ittihamlarınıza çox ciddi şəkildə cavab vermək məcburiyyətində qalacam”.

шаблоны для dle 11.2
Tarix: 21-05-2020, 23:28




Xəbər lenti