Ermənilərin arxayınçılığının səbəbi nədir?


Professor Xaləddin Ibrahimli

Səbirli Olaq nə deməkdir?

Radikal Deputat Səməd Seyidov dedi bu sözləri. Niyə indi və nə üçün?
Öncə Ermənistanbaşının Qarabağa intensiv səfərlərinə baxaq. Bu adam Qarabaglı olan və döyüşlərdə fəal iştirak edən əvvəlki başçılardan da tez-tez gəlməyə başlamış və həm də bu əvvəlkilərin gəlməsindən xeyli fərqlənir (hamısı qıcıklandırıcı, nümayişkaranə, göz dagı vermək, həqarət rəngli səfərlərdir). O qədər arxayınıdr ki, oglunu bölgəyə əsgər göndərir, hətta Borçalılar demiş arvadını da yanına salıb gəlir.
Azərbaycan tərəfi isə neçə müddətdir ağzına su alıb durub. Heç Yarməmmədov da dillənmir.
Nə verir baş? Bu erməni niyə belə edir, nəyə arxayındır. Bizimkilər niyə susur? Nəyi və kimi gözləyir? Səbirli olaq nə deməkdir? Ermənistanbaşının bildiyi, bizim bilmədiyimiz nələr var?
Ermənistanbaşı bilir ki, Azərbaycanda siyasi transformasiya olacak. Hakimiyyət bütün gücün bu tərəfə yönəldib. Bu məsələni Ermənistanbaşının qulagına yəqin ki, Lavrov pıcıldayıb. Ona görə də hər cür şıltaqlıq edir, reytinqini toplayır, hakimiyyətini möhkəmləndirir.
Bu üzdən bizimkilər də səbirli davranır, xalqa da belə davranmagı məsləhət görürlər.
Tamam, səbirli olaq, transformasiya bitsin. Bəs sonra? Post transformasiya dönəmində nə baş verəcək ki?
Gəlmək istəyən zatən manifestini çoxdan dilə gətirib: bir qədəh şərab diplomatiyası.
Bu dediklərimin altını cizin və unutmamaga çalışın. Son 100 ildə erməni işgal ettiyi Azərbaycan torpaqlarında bir nəfərimizin də yaşamasına imkan verməyib. Bu məntiq onu deyir ki, erməni ilə hər hansı məkanda bir arada yaşamaq imkanı qətiyyən yoxdur. Bunu onlar istəmir. Bu onların seçimidir. Necə ki, Zəngibasarda, Göyçədə, Loruda bir arada yaşaya bilmədik, Qarabağda da bir arada yaşaya bilməyəcəyik. Son 100 il açik və net deyir ki, Qarabagda ya onlar ya biz yaşamalıyıq. Heç kəs özünü və başqasını aldatmaga çalışmasın.
Qarabag məsələsinin sadə həlli yolunu da deyim. Bunu zatən orta agıl sahibi hər kəs bilir, sadəcə çoxları unudub.

  1. Xalqın iradəsini əks etdirən seçim keçirin
  2. Seçilən və seçilənlər (yəni başkan və MM) gücünü xalqdan aldıgını bilib xalqla istişarə ilə qərarını verəcək. Ya savaşmalıyıq, ya da ordan gözümüzü çəkməliyik. Məglub olsaq da qərarı xalq verdəyinə görə barışacagıq.
    Ama transformasiya ilə iqtidar qurmaqla Qarabağın həlli yoxdur. Bu yolla o ya indiyə qədər oldugu kimi, xalqı oyalama vasitəsi olacaq və həllini tapmayacaq, ya da itiriləcək, buna da cəsarət lazımdır.
    Hər şey bu qədər bəsit və nettir.
    İndi oturun fikirləşin və qərarı verin. Boş boşuna danışıb özünüzü yormayın.
шаблоны для dle 11.2
Tarix: 23-05-2020, 15:24




Xəbər lenti