Ekstrasens 2017-nin qanlı il olacağını deyir

 Ekstrasens 2017-nin qanlı il olacağını deyir "Bu il, təəssüf ki, qanlı il olacaq". Bu sözləri Azərbaycanın tanınmış ekstrasensi Nadim Əlixanov 2017-ci illə bağlı proqnozlarını Axar.az-a bölüşərkən deyib. O bildirib ki, bu il insan ölümü xoruz kəsmək qədər sadə bir şeyə çevriləcək:

“Rusiyanın Suriyada sülhə nail olmaq cəhdləri özünü doğrultmayacaq. Əksinə, 2017-də Rusiyanın öz daxilində böyük bir dini radikalizm cərəyanı start götürəcək”.

Ekstrasensin sözlərinə görə, Trampın gəlib nələrisə dəyişəcəyinə ümid edənlər yanılır: “O, sadəcə, öz rolunu oynayacaq bir qəhrəman, bir obraz olacaq”.

2017-ci ildə Rusiya Federasiyası ilə ABŞ arasındakı münasibətlərin yaxşılaşacağı barədə gözləntilərin də özünü doğrultmayacağını bildirən N.Əlixanov bu iki supergücün münasibətlərinin daha sərt müstəvidə davam edəcəyini də vurğulayıb.
Tarix: 3-01-2017, 10:31




Xəbər lenti