Səhər yeməyində bu səhvlərə yol verməyin– YOXSA...

Səhər yeməyində bu səhvlərə yol verməyin– YOXSA... Mütəxəssislər səhər yeməyini çox vacib hesab edir. Səhər yeməyi yeməmək, yaxud yanlış qidalardan istifadə çəki artımına səbəb olur. Xeyirli hesab etdiyimiz elə məhsullar var ki, onlar vitaminlərlə zəngin olsa da, səhər yeməyində istifadəsi o qədər də məsləhət görülmür. Həmçinin, bəzi qidaları qəbul etməli olduğumuz halda, onlardan uzaq durmağımız sağlamlığımıza ciddi ziyan vura bilər.
Gununsesi.info düzgün səhər yeməyi ilə bağlı bir sıra faydalı məsləhətləri oxucularına təqdim edir:
Səhərlər portağal suyu içməyin
Meyvə suları meyvənin özü ilə müqayisədə tərkibində daha çox xolestrol və şəkər ehtiva edir. Bu da qanda şəkərin miqdarını artırır, gün ərzində insanda aclıq hissinə səbəb olur. Bu isə təbii ki, çəkinin artmasına gətirib çıxarır.
Yetəri qədər protein qəbul edin
Protein ən doyumlu maddədir. Buna görə də səhər yeməyində proteinlə zəngin qidalara üstünlük vermək gün ərzində sizi tox saxlayacaq. Belə qidalara yumurta və süd məhsullarını, yulaf, fıstıq əzməsini misal göstərə bilərik.
Lifli qidalardan istifadə edin
Əgər mükəmməl çəkiyə və sağlamlığa sahib olmaq istəyirsinizsə, səhər süfrənizdən lifli məhsulları əksik etməyin.
Bolluca su için
Gecə uzun müddət ərzində su qəbul etmirik. Buna görə də səhər yeməyindən əvvəl bolluca su içmək lazımdır. Bu, həm çəkini azaltmağa kömək edir, həm də orqanizmi zərərli maddələrdən təmizləyir.
Yetəri qədər yağ qəbul edin
Bir çox insan yağlı qidaların çəki artımına səbəb olacağını düşünür. Lakin təbii yağlardan istifadə nəinki çəki artırmır, hətta arıqlamağa da kömək edir. Belə ki, qabıqlı çəyirdəklər, qoz, avokado kimi məhsullardan istifadə insanı həm tox saxlayır, həm də enerjili edir.
Yolda yemək yeməyin
İşə gedərkən yolda nə isə atışdırmaq olduqca zərərlidir. Araşdırmalara görə, insanlar yol gedərkən həm olduqca çox yeyir, həm də nə yediyinə fikir vermir. Səhər yeməyinə mütləq xüsusi vaxt ayırmaq lazımdır.
Şirinçay və şəkərli qəhvədən uzaq durun
Çay və qəhvənin insan sağlamlığı üçün faydaları danılmazdır. Lakin səhərlər onlara şəkər tozu qataraq içmək ekstra-kalori almağa səbəb olur. Bu isə qədərindən artıq kökəlməyə gətirib çıxarır.
Az yeməyin
Nə qədər qəribə görünsə də, səhərlər az yeyən insanlar çox yeyənlərlə müqayisədə daha çox kalori alır. Ümumiyyətlə, səhərlər az yemək olduqca zərərlidir. Bu, enerjinin kəskin düşməsinə və bədəndə şəkər çatışmazlığına səbəb olur. Buna görə də hər səhər faydalı qidalarla zəngin qəlyanaltı etməyiniz məsləhətdir.
Tarix: 19-11-2017, 22:36




Xəbər lenti