DSMF- nin Nərimanov rayon filialındakı özbaşınalıqdan nazirə - ŞİKAYƏT

 Bakunews.az-a müraciət edən paytaxt sakini Orucova Xəyalə Fəxrəddin qızı qeyd edir ki, bir neçə ildir ki, azyaşlı övladı ilə yaşayır. Onun övladı azyaşlı olması ilə yanaşı həmçinin fiziki məhdudiyyətləri var. Və övlət qurumları bu fiziki məhdudiyyətinədə qiymət verərək övladına pensiya təyin edib. Əslində isə X.Orucovanın şikayəti övladı ilə bağlı deyildir. Onun şikayəti Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon filialında baş verən qanunsuzluqla baqlıdır. 

Paytaxt sakini redaksiyamıza gələrək həm dərdini danışdı həm də şikayət məktubunu yazaraq ona yardım edilməsi üçün dövlət qurumlarında kömək istədiyini vurğuladı. "DSMF-nin yeni naziri Sahil Babayevə üzünü tutan Xəyalə xanım qeyd edib ki, cəab nazir mən 3 ildir ki, Səlim Müslümovun icad etdiyi VEMTAS sistemi ilə müraciət-müraciət dalınca edirəm amma buna baxmayaraq himayəmdə azyaşlı övladımla tək ana olaraq ünvanlı sosial yardım üzünə həsrət qalmışam". Ünvanlı Sosial yardımı almaq üçün döymədiyim qapı qalmayıb – deyən ana dava hətta nazirliyə gedərək Sahil Babayevin qəbuluna girmək istədiyimi qeyd etmiş nazirliyin özündə belə neçə dəfə müraciətlər yazmağıma baxmayaraq mənə qulaq asan olmamışdır. 

Vətəndaş X.Orucova qeyd edib ki, Nərimanov rayon DSMF-nin müdir Məzahir vəliyevin yanında olmuş onunla söhbət edərək ona hansı haqqla Sosial yardımın verilmədi\yini sual etdikdə isə yeni sistemin bu qərarı verdiyini onlarlıq bir məsələ olmadığını qeyd edib. Amma məsələ də elə məhz burdan qaynaqlandığı vətəndaşın danışığından və ərizəsindəndə məlum olmaqdadır. Vətəndaş hər hir ərizəsini və müraciətini məhz elə Nərimanov DSMF-dən mərkəzə ünvanlamış lakin ünvanladıqdan dərhal sonrada səbəbsiz imtina gəldiyi elə DSMF əməkdaşları tərəfindən ona bildirilmişdir. Bütün bunların baş verməsindən sonra X.Orucovaya Ramin Həsənov adlı şəxs yaxınlaşmış və ona kömək edə biləcəyini, amma bunun qarşılığında ondan 3 ay həmin veriləcək sosial yardının onlara verilməsi lazım olduğunu qeyd edib. Çarəsiz qalan tək ana bunada razılıq vermişdir. Qısa müddət kəsiyində Xəyalə xanım əldə etdiyi məlumata görə R.Həsənov DSMF-nin Xoşbəxt adlı əməkdaşı ilə dəfələrlə bu tip məsələlərin həl etdiyini və bunun məsələsinində həl ediləcəyi vəddindən sonra gözləməyə başlayıb. Xanım şikayətçi həmçinin övladına görə ptuyovka verilməsi ilə bağlı DSMF-yə dəfələrlə müraciət edərkən həmin Xoşbəxt adlı işçinin qanuni ona verilməli olan göndərişin rüşvətlə satdığını bu gün isə əldə etdiyi məlumata görə nəyin ki, ptuyovka alveri Nərimanov DSMF-də əli keçmədiyi işin qalmadığınıda öyrənib. Xoşbəxt xanım məsələnin məhz Xəyalə Orucovanın olduğunu bildikdə isə məsələnin həlinə deyil həl edilməməsinə dahada səy göstərmişdir. Bunu o səbəbdən etmişdir ki, rüşvət qarşılığında sanotoriyaya göndəriş satması ilə bağlı Xəyalə xanm Prezident aparatına məlumat vermiş və həmin göndəriş vətəndaşa təmənasız olaraq verilmişdir. Bundan sonra X,Orucova Xoşbəxt xanımın və DSMF-nin qanunsuz əmələrinin ifşasını etmiş şəxslər kimi “qara siyahı”ya düşmüşdür. Xoşbəxt və Ramin cütlütyünün də verdiyi vələr bu səbəbdən həyata keçməmiş və yenədə 3 ildir ki, ÜNVANLI SOSİAL YARDIM üzünə həsrət qalan Orucovlar ailəsi olmuşdur. 

Cənab Nazir bir media nümayəndəsi olaraq sizə sual edirik. Xəyalə Orucovanın qəbul edilməməsinin və əməkdaşlarınızın ona nazirin qəbul günü yoxdur cavabı hansı qaydalarla müəyyən edilmişdir? Ölkə rəhbəri cənab İlham Əliyevin o cümlədən Birinci Vitse- prezident Mehriban xanım Əliyevanın Milli Məclisin hər bir üzvünün hətta baş nazirin müəyyən günlərdə qəbulu olduğu halda sizin qəbul gününüzün olmaması sizcə normaldırmı...? 

Biz güman edir ki, cənab nazir Sahil Babayev bizim bu suallarımıza yaxın günlər də cavab verəcək, həmçinin vətəndaş himayəsində fiziki məhdudiyyətli övladı olan Xəyalə Orucovanı qəbul edərək onun şikayətlərini dinləyəcəkdir.

Bakunews.azшаблоны для dle 11.2
Tarix: 20-07-2018, 19:25




Xəbər lenti