TƏHSİL DEDEKTİVİ: həqiqətlər və mülahizələr - II HİSSƏ

 Bu acınacaqlı gedişat millətimizin saflığını, ulu dəyərlərini məhvə aparır, in­san­­lar zombiləşirlər, islamçılıqdan uzaqlaşırlar

Təhsil elmləri öyrətsin, daha ifrata varmasın, birinci olaraq gələcəyin idarə edən­lə­ri, rəsmiləri olan nəslə əxlaqı, mənəviyyatı tərbiyə etsin, sonra riyazi – təbii elm­­lə­ri, əks halda, yüksək ali hisslər itirilir, xalqı idarə edənlər, yüksək icraçılar pe­­­­dant­la­­şır, yalan üfürür, əməlilə sözü bir-birini inkar edir, bilir ki, ölkəsini, xalqı­nı idarə et­mədə ya iştahı əngəl yaradır, ya bacarıqsızdır, ya da cəsarətsizdir həqi­qə­ti çatdır­maq­­da. Ona görə də istefa verməyə hünəri gəlmir. Yazılmamış qanundur ki, əgər döv­lət başçısı bir məmurun işindən narazıdırsa o, dərhal istefaya getməlidir öz xo­şuy­­la. Bizdə isə yalnız sərəncam gözləyirlər. Bunu əxlaqda faciə kimi qiy­mət­­­­ləndi­rər­dim. Bu vərdişə “feodal düşüncəsi” demək daha ədalətli səslənir. İş ba­car­mır, amma 10, 15, 20 il eyni kresloda mürgü döyür! Deməli, şəxsi mənafeyi milli in­te­res­lərdən üstün tutulur!
Məşhur ingilis dövlət xadimi M.Tetçer yazmışdır: “Vətəndaşlarda dövlətin hökm­­ranlığı yox, xidmət etməli olduğuna inam olmalıdır. Mülkiyyət hüququna, müs­­­­təqilliyə inam olmalıdır. Demokratiya dövründə əxlaqi prinsipləri nəzərə al­ma­dan idarə etmək demək olar ki, qeyri-mümkündür”.
Tam orta məktəblərimizdə böyük kontekstdə “Tərbiyə” (yaxud “Etika”) fən­ni yox­dur, nədəki “Məntiq”. Az-çox əxlaqi dəyərlərə toxunan “Ailə” fənni təd­ris olunurdu, onu da məktəblərdən qovdular. Gənc ailələrin dağılması dərinləşir, bu­­nu rəsmi statistika da təsdiq edir. Ailə dağılması cəmiyyətin çökməsinə ciddi işa­­­­­rədir, uşaqların həm sağlamlığı pozulur, boynu bükülü boyüyür, ata məhəbbəti­nə nifrət oya­dır, həm də maddi ehtiyacın kəskinləşməsi gələcəkdə əyri yollarla bu keç­miş “boşluğun” yerini doldurmaq ehtirası yaranır! Və xarici ölkələrə üz tutur­lar... Ge­ne­fond yadlara qismət olur... Təhsil və hökumət funksionerləri məgər bu xo­şa­gəlməz faktoru görmürlər?..
Təhsildə islahat ənənəvi fənlərə, dərsliklərə əl gəzdirmək, saatları hansısa fən­­­lərə bolluca “bağışlamaq”mıdır? Hansı fənnin tərkibində, mahiyyətində şagird­lə­­rin şüurlu başa düşəcəkləri “Düşüncə tərzi” zəminik “Tənqidi düşüncə” öyrədi­lir? Dəqiq elmlərdə bu, az-çox konkretdir, necə deyərlər, düz əyrini kəsir, huma­ni­tar elmlərdə isə fərqlidir, müxtəlif fikirlər söyləməkdə siyasətçilərin sözü vacib sa­yı­­lır (Bunu görkəmli alim, professor Şahlar Əsgərov təsdiqləmişdir). Belə ki, şa­gird­­­lərin tənqidi, məntiqi və obyektiv yazı qələmə almasında, tənqidi düşüncə tərzi (üs­lubu) əsas amildir. Gizlətməyək: bu gün məktəblərdəki ab-hava: subyektiv rəh­bər­­­lik, zəif müəllim metodikası, yersiz test imtahanları ilə təcrübəli müəllimləri (15-20 il əvvəl ali təhsil almışların, nəzəri bilikləri təbii ki, yeterli olmaz) kənarlaş­dır­­­maq təqaüd bəhanəsilə, onları yalnız nəzəri səviyyəlilərlə əvəzləmək yalnış­lıq­dır. Təh­sil nazirliyinin bəzi rəsmilərini sual edərdim: Məgər müəllim ali məktəb au­di­­to­­­riyalarında yetişir? Bu şərəfli auditoriya bilik, savad, dünyagörüşü tərbiyə edir. Müəllim, pedaqoq məhz sinifdə formalaşmağa doğru gedir, bu isə illərlə vaxt he­sa­bı­­na başa gəlir. Bəs “başa gəlincə” uşaqlar nəyi qazanırlar, nəyi itirirlər?
Son on ildir məni bir problem də düşündürür, buna 30 illik ali məktəb sta­jım da əsas verir: Müəllim seçimində “orijinal” üsul? Nəticə ali təhsil alan məzun – müəllim (!) Təhsil nazirliyindən test-sınaq imtahanından texnikanın “düşün­cə­sin”dən keçməli, sonra müəllim hüququ ona qaytarılmalıdır. Paradoksa bax: Mə­zun dörd il oxuyur, ona yüksək dərəcəli professor – müəllim dərs deyir, peda­qo­ji təc­rübə də keçir (bu təhsil dəyəri də sıradan çıxmaqdadır). Nəhayət, buraxılış imta­ha­nı verib diplom alır. Sən demə, bu möhtəşəm diplomun bələdiyyə sədrlərinin im­za­ladığı arayış qədər də gücü yox imiş!
Baxaq: tələbəyə müsabiqədən keçən pedaqoqlar, mütəxəssislər dərs vermiş­dir – bu, birinci mərhələdir. Buraxılış imtahanı üzrə komissiyanın tərkibini rektor təs­diq etmişdir – bu, ikinci mərhələdir. İmtahan komissiyasının sədrini Təhsil na­zi­ri imzası və möhürü ilə rəsmiləşdirmişdir – bu, üçüncü mərhələdir. Universitet (ins­­­ti­tut) rektoru isə ölkə prezidentinin Sərəncamı ilə təyin edilmişdir – bu, dör­dün­cü mərhələdir.
Məsələnin bir qədər dərinliyinə varanda, dünyanın heç bir sivil təhsil siste­min­­də analoqu olmayan görüş – mənzərə alınır, daha doğrusu, mərhələlərin hərə­kət­­­ve­rici qüvvələrinin bir-birinə inamsızlığı. Məsələyə bax ki, nə Təhsil nazirliyi­nə, nə cə­­nab Prezidentə, nə imtahan komissiyasına, nə də rektora inanır, amma qu­raş­dırıl­mış texnikaya yerləşdirilmiş testə (burada da dolaşıq suallar, faktlar yox de­yil) ina­­­nılır. Nə vaxtsa hansı nazirmi, səlahiyyətli məmurmu bunu ortaya atıb, il­bəil də tə­­­zələnir bu subyektiv üsul. Bunun fəlsəfəsində və sosialogiyasında sub­yektiv fak­tor dayanır ki, gənc müəllimlərdə inamsızlıq yaradır.
Sabiq tələbələrimin dəfələrlə na­razılığını eşitmişəm və onlar tamamilə haqlı­dırlar. Belə çıxır məntiqlə: ali təhsil ocaq­­larında tələbələr öz ixtisasları üzrə yeterli hazırlanmır, professor – müəlimlər on­­lar üzərində işləmirlər. Belə çıxır hə­qiqətlə: ali məktəblərin fəaliyyəti sıfıra bəra­bər­­dir, belə yanaşmada ortaya ciddi sual çıxır: respublika ali təhsil müəssisələri mə­gər Təhsil nazirliyinin kurasiyasında deyil?.. Müəllim kadrları universitet ha­zırlığında ciddi nöqsanlar illərdir mövcuddur və nazirlik, digər təyinatlı qurum­lar hara baxır – indinin özündə də! Müəllim hazır­lığında əsas, mühüm mənbə peda­qo­­ji elmlərin, pedaqoji təcrübənin saatlarını məh­dud­laşdırmaq yox, artırmaq lazım gə­­lir. Pedaqogika fundamental elm funksiyasını özündə ehtiva edir – idarə­et­mə­də baş verən yanlışlıq: subyektivlik, səriştəsizlik və sair­də birinci – rəhbər şəxslərin pe­­daqogikadan bixəbərliyidir. Mühəndislərə də, iqtisadçılara da, həkimlərə də, hər­bi­­çilərə də pedaqoji elmlər birbaşa tədris edil­məlidir. Bu əsrin tələblərindən irəli gə­lir.
Təhsil nazirliyi funksionerlərinin bəziləri, sizin özünüzü pedaqoji testdən ke­çir­­sələr təyin etdiyiniz balı toplaya bilərsinizmi? Elə isə gənc kadrlar “siftəsini” et­mə­­miş, sinfə ayaq basmamış niyə onları ruhdan salırsız? İnam olmadan işdə uğur göz­ləməyin! Bu üsul yaxşı müəllim yetişdirmək üçün atılan qeyri – xeyirxah ad­dım­­dır, mənəvi əzabdır, vaxt itkisidir. Xeyirxahlıq o olar xüsusilə, əyalətlərdəki mək­­­təbləri pedaqoji ədəbiyyatla, təmayüllü qəzet və jurnallarla təmin edin. Neçə-ne­­­çə­ rayonlarımız var – cəmi – cümlətanı bir neçə (!) məktəb, “Azərbaycan müəl­lim”, “Azərbay­can məktəbi”, “Təhsil” jurnallarına abunədir, kitabxanaları müvafiq bə­dii və elmi ki­­­tablar almır, daha doğrusu, verilmir, nazirliyin metodist­lərinin ayağı şəhərdən uzaq məktəblərə dəymir. Dərslər dinlənilmir, təhlil edilmir, faydalı məsləhətlər çat­dır­­mırlar. Məktəblərarası metodbirləşmələrin fəaliyyəti demək olar ki, konservləş­miş­­­dir! Təhsil nazirliyin rəsmiləri, nazirin özü və müavinləri, idarə rəisləri ucqar mək­­­təblərin siniflərinə ayaq basmırlar, məgər nazirin bölgələrdə müəl­limlərlə gö­rü­­şünün təşkili hər şey de­yil. Lazım gəlir ki, məhz nazirin özü dərs­lərdə iştirak etsin, dinləsin, sonra fikirlə­ri­ni açıqlasın. Necə deyərlər, “inno­va­siya axtarışı” bu olardı. Belə ki, bir müəllimin dər­­sində belə əyləşmirlər, bu günün şa­girdi sonralar gördüyü təhsil rəsmisini xoş xa­tirələrilə yada salsın! Bir fakt: Mən “Azərbaycan müəllimi” qəzetində işlərkən (1976-1984) Cəbrayıl rayonundan bir informasiya şöbəyə (müdirdim) daxil oldu: “Na­zir Mehdi Mehdizadə sinifdə”. Ya­zılmışdı ki, akademik, nazir Mehdi Mehdiza­də yoldaş bir riyaziyyat dərsində işti­rak etmiş, müəllimin təcrübəsini təqdir etmişdir...
Nazir təvəzökarlıq etdi və məqalənin çapına razılıq vermədi... Bu xeyirxah­lıq­­dır öncə, vəzifədən uzaqda şəxsiyyətin dayanmasıdır, “mənəmlik”dən uzaqlıq­dır, təhsili qiymətləndirməkdir. Mən onu da xatırlayıram ki, rəhmətlik M.Mehdiza­də fasilədən qayıdanda (o vaxt Hökumət Evinin II mərtəbəsində yerləşirdi Maarif (təh­sil) nazirliyi), qəbula gələnlərlə hörmətlə salamlaşırdı, nazir əlini sinəsinə qo­yub təşəkkürünü bildirirdi və müəllimlərin gəlişi səbəblərini xəbər alırdı, bəzisini ora­daca cavablandırırdı, yaxud buyurun “filankəs yerindədir” – deyib əlavə edərdi: “Mə­­nim qəbuluma gəlmisizsə qapım açıqdır” – nikbinliklə ayrılırdı. Bəs bu gün xalq təhsilinə rəhbərlik edən rəsmilərdən – nazir bir yana – heç müavinlərinin qə­bu­­­luna düşə bilmirsən, teleqram bəlkə kömək etdi. Onların qəbuluna düşmək so­yuq Alyaskada bənövşə toplamaq həsrətidir, necə ki, bu zərif gülün boynu həmişə bü­­­kük olur “qəbuluna gələn müəllimlər sayağı”...
(Ardı var)
Allahverdi Eminovшаблоны для dle 11.2
Tarix: 5-12-2018, 15:50




Xəbər lenti