“2 inəyin 5 litr südü ilə vətəndaşın maddi durumu necə yaxşılaşa bilər?”-Sahib Məmmədov




Dövlət əhalinin sosial rifahının yaxşılaşması üçün müxtəlif üsullardan istifadə edir. Aztəminatlı ailələrə ünvanlı sosial yardım təyin olunur, 6 və daha çoxuşaqlı ailələrə müavinət verilir və.s. Bundan əlavə alternativ üsullardan biri də biznes qurmaq istəyən şəxslərə dövlət yardımının göstərilməsidir. Bu yardım vətəndaşın tələbindən asılı olaraq dəyişir. Belə ki, əsasən bölgələrdə məşğulluq üçün müraciət edənlərə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən “Özünüməşğulluq” proqramı çərçivəsində mal-qara ilə yaxud digər vəsaitlərlə yardım göstərilir. Bəs görəsən həmin vəsaitlə vətəndaş özünü məşğul edə bilirmi? Həmin proqram əhalinin maddi durumunun yaxşılaşması üçün nə dərəcədə effektlidir?

“Bu köməkdir, mən bunu alqışlayıram. Amma daha buna “Özünü məşğulluq” adı vermək düzgün deyil”

Bu sözləri məsələ ilə əlaqədar İqtisadiyyat.az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyib. O, bildirib ki, tətbiq olunan proqram vətəndaşın gələcək fəaliyyəti üçün yetərli yardım hesab oluna bilməz.

“Dünyada qeyd etdiyimiz kimi yardımın kasıb təbəqəyə gedib çatması üçün digər üsullardan istifadə olunur. Hökumətin sosial yardımlara alternativ keçirdiyi dəstək yolu “Özünü məşğulluq” proqramıdır. Bu üsul Azərbaycanda 2012-ci ilə qədər “Özünə dəstək” adlanırdı. 2013-cü ildə yeni nazir Səlim Müslümovun qərarı ilə proqram dayandırıldı. 2015-ci ildən bu yana start götürən layihə “Özünü məşğulluq” adlanmağa başladı. Proqrama 2 ildir ki, İşsizlikdən Sığorta Fondundan ildə 35 milyon manat pul ayrılır. Amma onun tətbiqində də çox ciddi qüsurlar var. Məsələn, kəndlərdə bu proqram çərçivəsində əvvəl mal-qarasını saxlaya bilməyib bazarda satan adama 2 inək verirlər. O 2 inəyin gündəlik 5 litr südü ilə və 2 ildən bir onun balasın bazarda 500 manata satmaqla nə dolanmaq olar, nə də qısa zamanda biznes qurmaq olar. Bu köməkdir, mən bunu alqışlayıram. Amma daha buna “Özünü məşğulluq” adı vermək düzgün deyil. Çünki bununla məşğulluq təmin olunmur”.

 


шаблоны для dle 11.2
Tarix: 12-04-2019, 21:31




Xəbər lenti