“Toylarımızda Azərbaycan ruhunun qatilinə çevrilirik...”

 "İçilən araqlar- erməni ruhu, gəlin və qiz-qadınların geyimi – bar, striptiz ruhu, haram ətlər – ölüvay qoyun, yekəbaş dana,  gic  toyuq ruhu daşıyır...”


...Camaat toya gedəndə sevinir, bəndəniz əksər toylarımıza gedəndə, baxanda bədbinləşir, çünki xeyir məclislərimizin, nə yazıqlar ki, çoxunda milli ruhumuzun tapdanmasını gördüyümdən  ruhum o məclislərdə rahatlana bilmir...

Toylarda xalqın bir nümayəndəsi olaraq,  çoxumuz Azərbaycan ruhunun qatilinə çevrilirik, çünki bəylə gəlinə içirdiyimiz şampan -fransız ruhu, onların “medlennı” rəqsi – amerikan, ingilis, rus, italyan, alman, nə bilim, moltanı ruhu, bəh-bəhlə içilən araq, çaxırlar- erməni ruhu, oynadığımız rəqslər- bayağı küçə ruhu, artıq “milli toy ənənəmizə” çevrilmiş diskotekalar – birbaşa iblis, cin ruhu, başda gəlin olmaqla qız və qadınların çoxunun geyim-geçimi, saç düzümü –Qərbin pozğun bar,  gecə klubu, striptiz ruhu, yediyimiz  haram kolbasa-filan – iyrənc donuz, ölmüş siçan, siçovul, it-pişik, eşşək ruhu,  halal heyvanların haram kəsilmiş, murdarlaşmış ətləri –  gic qoyun, yekəbaş dana, ölüvay  toyuq ruhu daşıyır...

Alkoqollu içkilər verilməməklə milli, müsəlman ruhumuzun bir az gücləndiyi azsaylı toylar istisna, istər “elitar” hesab edilən varlı toylarında, istərsə də orta təbəqə və kasıb toylarında bir balaca saz dınqıltısı, bir-iki xalq mahnısı,  muğam, şeir olmasa(“elitar” adlanan məclislərin çoxunda heç bu da olmur), vallah-billah, Yaradan başımıza od tökər...

Sultan Laçın   
шаблоны для dle 11.2
Tarix: 13-04-2019, 13:25




Xəbər lenti