Gənclərin intiharı ilə bağlı dəhşətli statistika - özünəqəsd “yoluxucu”durmu...

Psixoloq: “Həyatı rəngarəng olan insan ən çətin situasiyalarda belə özünə çıxış yolu tapa biləcək”

Ötən gün Bakının Yasamal rayonunda 20-23 yaşlı gənc qız özünü doqquzmərtəbəli binadan atıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. O, təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib. Gənc qızın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

İki gün öncə isə Sumqayıt şəhərində 22 yaşlı gənc oğlan yaşadığı evdə özünü asıb. Bu intihar hadisəsinin də səbəbləri məlum deyil. Həmin gün Bakının Binəqədi rayonu ərazisində 19 yaşlı gənc oğlanın intihar etdiyi barədə məlumat yayılmışdı. Gənc oğlan özünü yaşadığı evdə asıb.

Həmçinin aprelin 14-də Bakı bulvarında şəxsiyyəti məlum olmayan gənc şəxsin özünü Xəzər dənizinə ataraq intihar etdiyi barədə məlumat yayıldı.

Bir neçə gün öncə isə Şabranın Xırdaoymaq kəndində 3 uşaq anası olan 32 yaşlı gənc qadın özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihar edib. Gənc qadının epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. İlkin ehtimallara görə onun intihar səbəbi də bununla bağlı olub.

Eyni gündə İsmayıllı rayonunda da 18 yaşlı gəlin özünə qəsd edib.

Beləliklə, son bir neçə gündə gənclərin intiharları ilə bağlı dəhşətli statistika ortalığa çıxmaqdadır. Mətbuatda, cəmiyyətdə intiharların qarşısının əməli şəkildə alınması ilə bağlı müzakirələr səslənməkdədir.

Bəs “gəncləşən” və artan intiharların əsas səbəbi nədir?

Öncə bir incə məqama diqqət edək. Psixoloqlar hesab edir ki, intihar bir növ yoluxucudur. Məktəblinin dəhşətli intiharından sonra ölkədə intihar hadisələrinin sayının ifrat şəkildə artması bu suisidin “yoluxucu” olması haqda iddialarda həqiqət payının olduğunu təsdiqləyir.

Bəs intiharların sayının azaldılması istiqamətində hansı tədbirlər görülməlidir?

Xatırladaq ki, ötən ilin oktyabrında parlamentdə “Psixoloji yardım haqqında” qanun layihəsi qəbul edilib. Qeyd edək ki, bu qanun ölkədə psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Ehtimal olunurdu ki, qanun qəbul edildikdən sonra cəmiyyətdə bir sıra psixoloji problemlər öz həllini tapacaq, həmçinin qismən də olsa baş verəcək initharların qarşısı alınacaq.

Psixoloq Ramil NÉcÉfli ile ilgili görsel sonucu

Psixoloq Ramil Nəcəfli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Psixoloq qeyd edib ki,  hələlik “Psixoloji xidmət haqqında” Qanun qəbul edilsə də, onun əhəmiyyəti gözə çarpmır: “Zaman keçdikcə bu sahədə də monopoliya hökm sürəcək. Yəni bir qisim məmurlara yaxın şəxslər çalışacaq ətrafında özlərinə yaxın çevrə yaradılsın, beləliklə də tələb olunan mənafelər kənarda qalacaq. Bu işdə bir sevgi lazımdır. Kim ki, bu işlə məşğul olmaq istəyir, onlar üçün şərait yaradılmalıdır. Ən azından maneçilik edilməsin. Hətta elə insanlar var ki, onlar pulsuz olaraq psixoloji xidmət göstərmək istəyir, təki insanlara faydası, xeyri dəysin.

O ki qaldı son vaxtlar xeyli sayda gəncin intihar etməsi məsələsinə, sanki son vaxtlarda gənclər də daxilən qocalıb. Demək olar ki, artıq köhnə təfəkkürlü gənclik formalaşmağa başlayıb. Gənclər maneələri aşmaq barədə düşünmürlər, motivasiyaları yoxdur. Beləliklə, düşünmək olar ki, hazırkı gənclik zərərli hipnoz altındadır. İş yerlərinin də olmaması onlarda gələcək hədəflər barədə ümidləri qırır. Əgər 20-30 il əvvəl gənc qız və yaxud oğlan gələcək üçün nəsə planlaya bilirdisə, onlar üçün həyat qarantisi var idisə, indi gənclərdə bu hiss, motiv yoxdur. Gənclərin qarşısında hansı məsələlər durur? Evlənmək, iş qurmaq, özü üçün karyera yaratmaq, həmçinin asudə vaxtlarında əyləncəli yerlərə getmək, idmanla məşğul olmaq və sairə. Lakin sadaladıqlarım hazırda bir çox gənclərin üzünə bağlıdır. Gənclik də çarəsiz qalaraq, yalnız primitiv, qurşaqdan aşağı fikirlərlə məşğuldur. Yəni ülvi istəklər, o cümlədən evlənmək, ailə qurmaq barədə düşünə bilmədikləri, öz potensiallarını ortaya qoya, perspektivlərini görmədikləri üçün məcbur qalıb müvəqqəti münasibətlər qurmağa çalışırlar. Bu da gəncləri primitiv edir, hər mənada geridə qoyur. Beləliklə, şəxs dar çərçivəyə düşdüyündən, özünü reallaşdıra, tapa bilmədiyinə, mənasız həyat tərzi keçirdiyinə görə tez-tez depressiya halına düşür,  intihara əl atır.

Bunun üçün gənclərin həyat tərzinin dinamikləşməsi, daha aktiv və maraqlı olması vacibdir. Həyatı rəngarəng olan insan ondan qopmağa çalışmayacaq. Hətta ən çətin situasiyalarda belə özünə çıxış yolu tapa biləcək".


шаблоны для dle 11.2
Tarix: 17-04-2019, 14:19




Xəbər lenti