Balakəndə özünüməşgulluq Dövlət Proqramı ilə özünə məşğulluq hələ də səhv salınır

 Hamıya məlum olduğu kimi Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində ötən ildən işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə başlanılıb. Mal və materiallarla təmin olunan vətəndaşlar onların özünüməşğulluğunun təmin olunması, kiçik ailə bizneslərini qurmaları və gəlirlərini artırmaları üçün yaradılan şəraitə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən ölkəmizdə icrasına başlanılan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilir. Proqramın məqsədi aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaq məqsədi ilə həyata keçirilir.Bəs özünüməşğulluq proqramından kimlər yararlana bilər?
Qeyd edək ki, özünənəşğulluq əmək bazarında iş qabiliyyəti olan, lakin özünə iş tapmaqda çətinlik çəkən vətəndaşların ayrıseçkiliyə məruz qalmaması üçün dövlət tərəfindən həyata keçirilən məşğulluq tədbiridir. Bu tədbirin həyata keçirilməsi sosial ədalət prinsipinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, özünəməşğulluq proqramına həssas hesab olunan əhali qrupu- gənclər, övladlarını tək böyüdən valideyinlər, pensiya yaşına az qalmış insanlar və sair cəlb olunur. Odur ki, Azərbaycanda həyata keçirilən özünəməşğulluq  proqramını bu kateqoiyadan olan insanların aktiv şəkildə sosial müfdafiəsini təmin etmək üçün  dövlətin atdığı addım hesab etmək olar. Özünəməşğulluğun digər amili iqtisadi faktordur ki, bununla biznes potensialı olan, özünün kiçik sahibkarlığını təşkil etmək istəyən Azərbaycan vətəndaşı dövlətin verdiyi dəstəyin sayəsində öz biznesini qura bilir və iqtisadi proseslərin aktiv iştirakçısına çevrilir. Bu da həmin şəxsin gələcəkdə sosial müdafiəsinin təmin olunmasına zəmanət yaradır.
Məhz özünəməşğuluq proqramının icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məqsədyönlü işlər görülüb. Artıq sözgüdən proqramın icra mexanizmi tam çəkildə formalaşdırılıb. Belə ki, nazirlik tərəfindən dövlət başçısının Sərəncamının yüksək səviyyədə icrası və özünüməşğulluq fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq normativ-hüquqi bazanın formalaşdırılması, ölkənin bölgələrində kiçik və mikro sahibkarlıq fəaliyyəti sahələrinə olan tələbatın öyrənilməsi, hər bir bölgə üzrə özünməşğulluq fəaliyyəti çərçivəsində dayanıqlı və gəlir gətirə bilən biznes sahələrinin müəyyən olunması işləri görülüb. Bütün bu sadaladıqlarımız təqdirəlayiq haldır. Amma proqramın icrasına yerlərdə nəzarət olunurmu? Yaxud yerlərdə məhz əhalinin aztəminatlı təbəqəsimi bu proqrama cəlb edilir? Burada bir çox şübhəli məqamlar yaranır və çoxlu maraqlı suallar ortaya çıxır.
Balakən rayon sakinlərinin Aktualinfo.org onlayn qəzet redaksiyasına verdiyi məlumatlardan belə məlum olur ki,yerlərdə məmurlar tərəfindən bu prosesdə də süni əngəllər, maneaələr yaradılır. Necə? Məlum olduğu kim proqrama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün xüsusi təlimçilər vasitəsi ilə təlimatlar verilir. Bu təlimatlar məşğulluğun növündən asılı olaraq 60-90  gün müdətinə aparılır ki, təlimatlar bitdikdən sonra vətəndaşlar mal və materiallarla təmin olunurlar. Lakin redaksiyamıza verilən məlumatlara görə Balakəndə,rayon Məşğulluq Xidmətinin müdiri Fərman Əhmədov vəzifəli şəxslərin qohumlarını və yaxud da tapşırdığı şəxsləri bu təlimlərə növbədənkənar qəbul edir. Mal-material alanlar həmin malın dəyərinin yarısını Fərman Əhmədovun işçilərinə bəribaşdan verdikdə də növbədənkənar qəbul olunurlar. Belə çıxır ki, rayon Məşğulluq Xidmətinin müdiri özünüməşğulluq Dövlət Proqramı ilə özünə məşğulluğu hələ də səhv salır.
Məlumata görə bu vətəndaşlar arasında ciddi narazılığa səbəb olub. Rayon sakinlərinin Məşğulluq Xidmətində baş verən özbaşınalıqlar barədə İcra Hakimiyyətinin başçısı İslam Rzayevə dəfələrlə şikayət etsələr də,müracıətləri cavabsız qalıb. Qeyd edək ki, İslam Rzayev artıq on ilə yaxındır ki, Balakən rayonuna rəhbərlik edir. Məlumat verənlərin sözlərinə görə Məşğulluq Mərkəzinin müdiri Fərman Əhmədov bu müddət ərzində onunla dil tapa bilib. və yaxşı münasıbətləri var. Odur ki, İslam Rzayev Məşğulluq Xidmətindən olunan şikayətlərə o qədər də əhəmiyyət vermir.
Maraqlıdır, görəsən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Balakəndəki səlahiyyətli nümayəndəsi olan Fərman Əhmədovun bu kimi əməllərindən xəbərdardırdımı? Qeyd edək ki, Fərman Əhmədov uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Məlumatlarda deyilir ki,Bakıda çalışan yüksək vəzifəli bir məmurla qohumluq tellərinə görə hələ də vəzifədədir. Sahil Babayev bir gənc nazir olaraq nə üçün yeni kadrların fəaliyyətindən yararlanmır? Axı təzə nazir təyin olunanda köklü dəyişikliklər olacağından çox danışırdı. Göründüyü kimi Fərman Əhmədov kimilərinin timsalında hələ heç nə dəyişməyib.шаблоны для dle 11.2
Tarix: 15-05-2019, 12:32




Xəbər lenti