Heydər Əliyev Fondunun şəhid ailələrinə göndərdiyi paylar başçının məsləhət bildiyi adamlara paylanıldı - VİDEO



Heydər Əliyev Fondunun şəhid ailələrinə göndərdiyi paylar başçının məsləhət bildiyi adamlara paylanıldı - VİDEO




Şəhid ailələri Qurban bayramında paysız qaldı

Bərdə rayonunda idman kompleksində şəhid ailələrinə qurban payları verilməyib.

Hurriyyet.org xəbər verir ki, bu barədə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi Qurbanov Bəxtiyar Əliqismət oğlu məlumat yayıb. O bildirir ki, Heydər Əliyev Fondunun Qurban bayramı ilə əlaqədar aztəminatlı ailələlərə, şəhid ailələrinə və Qarabağ əlillərinə yardımından yararlanmaq üçün Bərdə rayon icra başçısı Vidadi İsayevə yazılı müraciətinə baxmayaraq birliyin üzvü olan, 20 çətin vəziyyətdə yaşayan insana yardım verməyiblər: “Adını qoyurlar ki, şəhid ailələrinə kömək göstərilir, faktiki bu, belə deyil. Mən özüm də şəhid ailəsiyəm. Mən bu gün yardım paylayanlara müraciət etmişəm. Təəssüflər olsun mənə elə cavab verdilər ki, gəldiyimə peşman oldum. Aztəmnatlı ailələrdən kimin burada tanışı var, ancaq onlara verdilər”.

Şamo EMİN, Hurriyyet.org







шаблоны для dle 11.2
Tarix: 14-08-2019, 14:06




Xəbər lenti