Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb




 

Xeyli müddətdir Almaniyada yaşayıb çalışan həmyerlimiz, Köln Universiteti Klinikasının aparıcı əməkdaşı, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev növbəti elmi uğura imza atıb.

Oktyabrın 9-da Almaniya və Avstriya Neyroradiologiya Cəmiyyətlərinin Frankfurt şəhərində Avropanın növbəti ən böyük və nüfuzlu Neyroradioloji Kongresi öz işinə başlayıb. 4 gün davam edəcək bu konqresdə dünyanın neyroradiologiya üzrə ən qabaqcıl mütəxəssisləri və alimləri, dünya şöhrətli peşəkar neyroradioloqlar son illər elmə gətirilən ən modern tibbi yenilikləri iştirakçılarla bölüşürlər.

Tədbir çərçivəsində Almaniyada ikinci dəfə “İnsult Məktəbi”nin (Stroke school) təşkil olunması konfransa olan marağı xeyli artırıb. Böyük elmi və praktiki təlimlərdən təşkil olunmuş və Almaniya üçün də böyük əhəmiyyət kəsb edən bu məktəbin əsas məqsədlərindən biri işemik insult zamanı icra olunan ən yeni müayinə və invaziv müalicə metodlarının iştirakçılara çatdırılması ilə yanaşı, bu sahədə əldə olunan mühüm elmi yeniliklər barədə konqresdə iştirak edən dünyanın böyük elm adamları ilə birgə müzakirələr aparmaqdır.

Həmyerlimiz, tibb elmləri doktoru N.Abdullayevin işemik insultların invaziv müalicə sahəsində etdiyi elmi yenilik konfrans iştirakçılarına təqdim olunub. Çox böyük elmi-praktik perspektivə malik olan bu elmi iş Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb və bu yeniliyin bundan sonra işemik insultun invaziv müalicəsində birbaşa nəzərə alınması məqsədəuyğun sayılıb.

Köln Universiteti Klinikasının aparıcı əməkdaşı, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev və çalışdığı elmi işçi qrupunun birlikdə apardıqları elmi araşdırmalarının nəticələrinin və eyni zamanda, İnsult Məktəblərinin Azərbaycanda təşkilinin məqsədəuyğunluğu ilə bağlı yaxın gələcəkdə Azərbaycanda da təqdimatların keçirilməsi nəzərdə tutulur.

шаблоны для dle 11.2
Tarix: 11-10-2019, 16:52




Xəbər lenti