Göycay sakini Prezidentə müraciət etdi:"Sizdən bir Ana kimi çox xaiş edirəm ki,.."

 Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini Səmədova Gülnaz Mirzə qızı İlham Əliyevə müraciət edib.  Bir nüsxəsi də Siam.az-a göndərilən müraciətdə deyilir: 
 Hörmətli Cənab Prezident!
Yazıb Sizə bildirirəm ki,mən Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini Səmədova Gülnaz Mirzə qızı,Ədliyyə Nazirliyi Penitersiar Xidmətin 7 saylı Cəza-çəkmə Müəssisəsində cəza çəkən Səmədov Əli Azər oğlunun anasıyam.
  Övladım Əli 2016-cı ilin oktyabr ayının 8-ci Penitersiar Xidmətin 7 saylı Cəza-çəkmə Müəssisəsinə daxil olub.Təxminən 7-8 ay sonra övladım Əli bel-onurğa sütununda başlayan şiddətli ağrılardan şikayətlənməyə başladı.Sonra Penitersiar Xidmətin əməkdaşları tərəfindən Müalicəsi Müəssisəsinə göndərildi.Aparılan MRT müayinə baxmayaraq övladım Əlidə qorxulu heçnə olmadığı deyirdilər.Ancaq ağrıları getdikcə daha da şiddətlənən övladım Səmədov Əli Azər oğlu tez-tez Müalicə Müəssisəsinə göndərilir,müayinə və müalicələr olunurdu.Lakin heç bir faydası olmurdu.2019-cu ilin sentyabr ayında isə Penitersiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərildi. Həkim nevropotoloq professor Rəna Xanım Şirəliyevanın qəbulunda oldu.Nəhayət Rəna Xanım Şirəliyevanın özünün göstərişinə əsasən MEQ və MRT müayinəsi edildi.Nəticə olaraq aşağı nahiyələrdə polinevropotiya aşkar edildi.Sonra Tibb Baş idarəsinin göstərişi ilə Rəna Xanım Şirəliyevanın qoyduğu xəstəlik diaqnozu, həmçinin öncəki müayinə və müalicələrin bütün sənədləri cəm edilərək Əmək və Əhalinin Sosial Müdafiiə Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasına göndərildi.Lakin onlar, övladım Səmədov Əli Azər oğlunun əlavə olaraq ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyac olduğunu deyib ona əlillik dərəc\si təyin olunmasından qanunsuz olaraq imtina ediblər.
Hörmətli Prezident !
Mənim böyük övladım Səmədov Məhəmmədəli Azər oğlu 1-ci qrup hərbi əlildir.2010-cu ildə həkim komisiyası tərəfindən övladım Məhəmmədəli Azər oğluna 2-ci qrup verilmişdir.Lakin polinevropotiya xəstəliyi sağalmayan və daha da şiddətlənən xəstəliklərdən olduğu üçün övladım Səmədov Məhəmmədəli Azər oğluna 1-ci qrup əlillik təyin edildi.Biz hətda İrana belə getdik.Lakin bütün həkimlərin dedikləri tək şey bu oldu ki,bu xəstəlik nəyin ki,sağalmır əksinə getdikcə daha da şiddətlənən xəstəlikdir.Çünki bu xəstəlik irslə gələn bir xəstəlikdir.Bu isə bizim bir çox yaxınlarımızda mövcuddur. Yəni Əmək və Əhalinin Sosial Müdafiiə Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasının Səmədov Əli Azər oğlunun əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı var sözünün heç bir əsası yoxdur.Çünki hal-hazırda bu xəstəlik dünyanın heçbir yerində müalicə olunmur.
Cənab Prezident!
Bir övladım Səmədov Məhəmmədəli Azər oğlu 1-ci qrup hərbi əlildir.Kiçik övladım Səmədov Əli Azər oğlunda da həmin xəstəlik (polinevropotiya) aşkar edilib.
Yəni bir övladım belə,digər məhkum övladım isə məhkum,eyni zamanda xəstədir.Siz də Valideynsiniz.Mən Valideynin nələr çəkdiyini Siz daha yaxşı anlayarsınız.
Sizdən bir Ana kimi çox xaiş edirəm ki,Sosial Müdafiyyə Nazirliyinin Tibbi Sosial Ekspertiziya Komisiyasının etdiyi bu haqsızlığı yaxından araşdırıb,övladım Səmədov Əli Azər oğluna əlillik dərəcəsi verilməsinə tapşırıq verəsiniz.    шаблоны для dle 11.2
Tarix: 22-11-2019, 10:14




Xəbər lenti