İqtisadçı bələdiyyələrə çağırış etdi: “Tənha ahıllara və xəstələrə...”


İqtisadçı bələdiyyələrə çağırış etdi: “Tənha ahıllara və xəstələrə...”

“Bələdiyyələr normal ölkələrin hamısında ən ucqar kəndlərdə belə sosial xidmət funksiyasını üzərinə götürən sistemdir. Azərbaycanda isə bələdiyyə sisteminin varlığı yox kimidir”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib:

“Azərbaycanda bələdiyyələrin sadəcə adı var, özü yox, sədri var, səlahiyyəti yox, mühasibi var, maliyyəsi yox...

Məcburi şəkildə evdə qalması ilə bağlı qərar çıxarılan yaşlılara və xəstələrə, tənha ahıllara sosial xidmətin zəruriliyi siyasi sistemin təşkilinin daha bir boşluğunu ortaya çıxardı. Heç nə demirəm, telekanallarda Türkiyədə şəhər bələdiyyələrinin bu günlərdə nə dərəcədə fövqəladə rejimdə çalışdıqlarını görmək mümkündür. Hətta küçəyə çıxma qadağasını pozan yaşlıların belə əhavalını pozmadan küçə və parklarda onların arxasınca sürünür, maşınlara mindirib evlərinə çatdırırlar. Bələdiyyə əvəzsiz bir institutdur. Əlində çoxlu pulu və səlahiyyəti olan heç bir təyinatlı icra qurumunun heç vaxt əvəz edə bilməyəcəyi təsisatdır”.

шаблоны для dle 11.2
Tarix: 24-03-2020, 11:06




Xəbər lenti