"Məcburi köçkünün şikayəti araşdırılacaq" - "Qaçqınkom" ittihamlara cavab verdi



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi "AzPolitika.info"-da məcburi köçkün Nahid Rzayevin dərc olunmuş şikayətində səsləndirdiyi ittihamalarcavab verib. 

Komitənin mətbuat xidmətindən bildirilib ki, Laçın rayonundan məcburi köçkün Rzayev Nahid Zahid oğlu Dövlət Komitəsinə mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciət etməyib: "Yerli icra nümayəndəliyindən verilən məlumata görə, Nahid Rzayev hazırda ana babasının çiy kərpicdən tikilmiş evində yaşayır. Vətəndaşın atası yenidən nikaha girərək, yeni ailəsi ilə ayrıca yaşayır. 

Qeyd edək ki, Nahid Rzayevin müraciəti Dövlət Komitəsinin müvafiq komissiyasına araşdırılması üçün təqdim olunub. Komissiya tərəfindən məsələ araşdırılacaq, onun mənzil şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericilik çərçivəsində baxılacaq".

Nahid Rzayevə vahid aylıq müavinətin verilməməsi ilə bağlı məsələyə gəldikdə , Komitədən bildirilib ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə müəyyənləşdirilir. 

"Həmin Qaydanın 2.8. bəncinəəsasən “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə vahid aylıq müavinət verilmir. Azərbaycan Respublikasının müvafiq dövlət qurumundan əldə olunan rəsmi məlumata görə, Nahid Rzayev müxtəlif illərdə 2 dəfə 192 gün, bir dəfə 122 gün Rusiyanın Novosibirsk şəhərində olub. Buna görə də ona vahid aylıq müavinət verilmir"-deyə açıqlamada qeyd olunur.

шаблоны для dle 11.2
Tarix: 21-05-2020, 16:59




Xəbər lenti