Müğənni Damla -"Ərim hazırda həbsdədir", terrorçu deyil

 Müğənni Damla -"Ərim hazırda həbsdədir", terrorçu deyil Azərbaycanlı xanım müğənni Damla keçmiş həyat yoldaşının terrorçu olduğu haqda yayılan xəbərlə bağlı milli.az-a açıqlama verib:

"Mən ərimdən 7-8 il bundan öncə ayrılmışam. Üstəlik, mənim yoldaşım terrorçu deyil. Ərim, bəli, həbsdədir. Amma onun həbs olunma səbəbi qətiyyən məscidin partladılmasıyla əlaqədar deyil. Onun həbs olunmasının məscidin partladılması ilə heç əlaqəsi yoxdur ha! Üstəlik, partlayış ərəfəsində biz ailəli olduğumuz üçün həyat yoldaşım mənim yanımda olub. Adına, soyadına kimi yazıblar. Mənim övladım var axı. O, açıb bu internet saytlarında həmin xəbəri görür axı. Yazıblar ki, qardaşım axtarışdadır. Bu da "ağ yalandır". Mənim qardaşım niyə axtarışdadır ki?! Qardaşım hal-hazırda Rusiyadadır. İşində-gücündə olan adamdır.

Siam.az
Tarix: 7-01-2017, 16:07




Xəbər lenti