Vasif Türkanla Bülbüləni tənqid etdi: “Hamısı “Talkuçkadır”


Əməkdar artist Vasif Məhərrəmli meyxanaçı Pərviz Bülbülə və onun duet ortağı Türkan Vəlizadəni sərt tənqid edib. 

Musavat.com xəbər verir ki, ifaçı məşhur ikiliyə "X maqazin" verilişində iradını belə bildirib:
“Musiqilər, müğənnilər, görüntü, geyimlər “Talkuçka”... Hindistan musiqisi dünyanın ən gözəl musiqisidir. Onu burada biabırçı vəziyyətə salırlar. Qardaşım, ya çıxıb meyxana deyəcəksən, ya çıxıb mahnı oxuyacaqsan, ya rəqs edəcəksən. Heç kimə qulaq asmıram. Pərviz Bülbüləni dinləmirəm. Mən meyxana istəyirəm. Pərviz mən deyən formada sənəti təqdim etsə, hər şey başqa cür olar. Meyxananı zirvəyə qaldıran Namiq Qaraçuxuru oldu. Bir az da Vüqar Əbdulov. Heç kim məndən inciməsin”.

шаблоны для dle 11.2
Tarix: 21-10-2018, 21:12




Xəbər lenti