Xatirə İslamın “SÜPÜRGƏÇİ” sözünə Məlahət Abbasovadan CAVAB: “Namusuyla...”

 

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova müğənni Xatirə İslamın dünən “Altın Kelebek” ödüllərinin seçim konsertində geyindiyi paltarı tənqid edib.
Publika.az xəbər verir ki, aktrisanın sözləri müğənnini bərk qəzəbləndirib. O, sosial şəbəkədə canlı yayıma qoşularaq aktrisaya cavab verib:



Düz edib Türkiyəyə getmisiz
“Hörmətli Məlahət Abbasova, məni tanımırsızsa, hardan bilirsiz ki, yaxşı oxuyuram? Bəlkə səsim yoxdur? Nə Azərbaycanda, nə də Türkiyədə bir iz qoymusuz. Heç bir rolunuzla yadda qalmamısınız, sizi tanımıram. Bir-iki dəfə maraqlandım, dedilər ki, siz Türkiyədə hansısa serialda süpürgəçi ("Min bir gecə" serialını nəzərdə tutur. red) rolunda çəkilmisiniz. Ümumiyyətlə sizi heç bir layihədə baş rolda görməmişəm.
Düşünürəm ki, düz edib Türkiyəyə getmisiz. Burda qalıb nə iş görə bilərdiniz ki? Azərbaycanda sənətkar olmaq çox çətin məsələdir. Rasim Balayev, Amaliya Pənahova, Məleykə Əsədova kimi sənətkarlar rolları ilə silinməz izlər qoyub. Siz onlar olan yerdə nə edə bilərdiz? Siz Rasim Balayevsiz ki, mənə irad bildirirsiz? Xahiş edirəm, dinləmədiyiniz müğənni haqqında rəy yazmayın. Məni tanımırsız? Məni şəhid anaları, Lələtəpədə vuruşan oğlanlar, xəstəxanada ehtiyacı olan insanlar tanısın.
Konsertdə məndən başqa müğənnilər də qatılmışdı. Məndən də açıq-saçıq geyinənlər var idi. Əcəb edib geyiniblər. Onların şəxsi işidir. Onlar arasında niyə mənə qarşı belə rəy yazmısız? Deməli, sizin mənlə qərəziniz var”.
Vətənimin qeyrətli qadın rollarını şərəf və qürur duyaraq oynayardım
Məlahət Abbasova Xatirə İslamın onun haqqında dediyi “Türkiyədə hansısa serialda süpürgəçi rolunda çəkilmisiniz” sözlərinə elə Instagramda cavab verib.
“Bir tikə çörək pulu üçün namusuyla, şərəfiylə gecə-gündüz, qarda, yağışda və istidə küçələri süpürən mənim qeyrətli ağbirçək analarım. Hamısının öz dərdi, öz ağrılı hekayəsi var. Bilirəm ki, heç bir ana kefindən bu işi seçməz. Süpürgə tutan əllərinizdən öpürəm! Qarşınızda baş əyirəm! Namusunuzla, şərəfinizlə əllərinizə süpürgə aldığınız üçün sizdən utananlar ağ saçlarınıza baxıb utansınlar! Kaş ki, sizin həyatınızla bağlı bir ssenari yaza bilsəydim və baş rolda da özüm oynayardım. Vətənimin qeyrətli qadın rollarını şərəf və qürur duyaraq oynayardım”.
Xatırladaq ki, M. Abbasova instaqramda Xatirənin paltarı barədə “Müğənni olaraq onu dinləməmişəm. Yəqin ki, yaxşı oxuyur. Amma kaş bədəninə uyğun geyim seçərdi” rəyini yazmışdı.



шаблоны для dle 11.2
Tarix: 4-12-2018, 00:12




Xəbər lenti