Roza ilə Ülviyyə arasında dava: "Dur, çıx studiyadan"/Video



Müğənni Roza Zərgərli ilə jurnalist Ülviyyə Alovlu arasında "Bizimləsən" verilişində mübahisə düşüb. 

Teleqraf.com xəbər verir ki, mübahisəyə səbəb mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin DNT analizi verməsi haqda müzakirədə başlayıb.

Roza Ayşənin bibisi ilə analizinin nəticələrinə "Müəmallı qalır" deməsinə Ülviyyə etiraz edib. Jurnalistin "Yenə müəmmalı qalır deyirsən" sözlərinə ifaçı "Bəlkə dinləyə biləsən?" deyərək, onu susdurmağa çalışıb. Onlar arasındakı gərginlik daha sonra yenidən güclənib.

Proqrama evlənmək üçün qatılan Alvina və Vüqar adlı gənclə bağlı tərəflər fikir söyləyib. Onlar bir-birinin fikri ilə razılaşmayıblar.

Roza "İnsanların burada taleyi həll olunur, Ülviyyə öz reklamı ilə məşğuldur. Mənim səviyyəmə çatmaq üçün gərək kitab oxuyasan. Qızım... Dur, bu studiyadan çıx" deyə, səsini ucaldıb.

Jurnalist isə "Ülviyyə toya getmir sənin kimi reklama ehtiyacı olsun. Özün get, qapının yerini bilirsən. Mənə qızım demə" deyə, Zərgərliyə cavab verib.



шаблоны для dle 11.2
Tarix: 8-03-2019, 08:38




Xəbər lenti