"Deputat nazirə dedi ki, Süleymana Xalq artisti fəxri adı verməyin..."






"İndiyə kimi bir vəzifəli şəxsin qapısın döyməmişəm"

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Süleyman Abdullayev deyib. S.Abdullayev ona əməkdar artist fəxri adının verilməsinə Xalq artisti Zeynab Xanlarovanın səbəb olduğunu bildirib:

"Mənə əməkdar artist fəxri adının verilməsində Zeynəb Xanlarovanın böyük əməyi var, o, bu məsələni qaldırıb. İqbal Ağazadənin də mənimlə bağlı çıxışına baxmışam, sağ olsun. Sonra mənə mərhum prezidentimiz Heydər Əliyev prezident təqaüdü təyin etdi. Allah onu rəhmət eləsin. Elə indi o pulla dolanıram".

Muğam Mərkəzində mədəniyyət nazirimiz Əbülfəz Qarayevlə görüşdüm. Orda bir deputat ( adını deməyəcəm) dedi ki, Əbülfəz müəllim, birdən Süleyman Abdullayevə Xalq artisti fəxri adı verərsiniz.  Xahiş edirəm onu bu adı verməyin, çünki xalq onu Dədə Süleyman adlandırır və bu ad hamısından üstündü".
шаблоны для dle 11.2
Tarix: 19-08-2019, 20:39




Xəbər lenti