"Aygün Xırdalandan o yana keçməyib, Tünzalə də Xalq artistidir. Röya isə..." - İTTİHAM


"Azər Zeynalov mənim yanımda neçə il “udarnik”də ifa edib o, Xalq artistidi, mən yox..."



“Onlar düzgün işləmirlər, əgər düzgün işləsəydilər, Qulu Əsgərov, Anatollu Qəniyev, Hüseynağa Hadıyev, Qulu Əsgərov, Leyla Hüseynova, Novruz Feyzullayev, Rövşən Behçət, Məmməd Salmanov, Akif İslamzadə və mən Əli Mirəliyev Xalq artisti fəxri adına layiq görülməliydi”

Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev bu günə kimi fəxri ad almaması haqda danışarkən deyib. Ə.Mirəliyev Mədəniyyət Nazirliyinin onun bu günə kimi xidmətlərini görməzlikdən gəldiyini bildirib:

“Siz mənə indiyə kimi fəxri ad verilməməsini Mədəniyyət Nazirliyindən soruşun. Nə deyirlər? Deyirlər ki, pul verməyib ona görə fəxri ad vermirik? Onlar düzgün işləmirlər, əgər düzgün işləsəydilər, Qulu Əsgərov, Anatollu Qəniyev, Hüseynağa Hadıyev, Qulu Əsgərov, Leyla Hüseynova, Novruz Feyzullayev, Rövşən Behçət, Məmməd Salmanov, Akif İslamzadə və mən Əli Mirəliyev Xalq artisti fəxri adına layiq görülməliydi. Siyahı böyükdü, siz bilmirsiniz. Əlli ildi incəsənətdəyəm, mədəniyyətimizə xidmət edirəm. Hanı bizim Mədəniyyət Nazirliyimiz? Kordular? Gözləri çıxsın görüm onların”. 

Ə.Mirəliyev Polad Bülbüloğlunun nazir olduğu vaxtda da onlara qarşı biganəlik sərgilədiyini bildirib:

“Polad Bülbüloğlu getdi, bu biri gəldi və nə dəyişdi ki? P.Bülbüloğlu nazir vəzifəsindən gedəndə Moskvadan dedi ki, mən nə qədər sağam, o adamlara fəxri ad verilməyəcək. Çıxışında məni də nəzərdə tuturdu. Görün bu adamda Azərbaycan musiqisinə qarşı nə qədər aqressiya, prinsip var. Bu günə kimi 40-dan çox xarici ölkədə olmuşam, beş dənə "zaqran" pasportum var, televiziyanın və “Dan ulduzu” ansablının solisti olmuşam. Bundan başqa daha nə etməliyəm? Aygün Kazımova Xırdalandan o yana keçməyib, Tünzalə Ağayeva Xalq artistidir. Röyanın babat oxumağı var, amma babat oxuyana babat ad vermək lazım idi. Azər Zeynalov mənim yanımda neçə il “udarnik”də ifa edib o, Xalq artistidi, mən yox. (Gülür) Belə insanfısızlıq olmaz, nazirlikdə şərəfsiz adamlar çoxdu”.   

шаблоны для dle 11.2
Tarix: 26-10-2019, 21:05




Xəbər lenti