“Gərginliyi artırmaq üçün...” - Nazirin sərt tənqidinə reaksiya

“Gərginliyi artırmaq üçün...” - Nazirin sərt tənqidinə reaksiya

“Gərginliyi artırmaq üçün...” -

Xəbər verdiyimiz kimi, Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayında Mədəniyyət naziri Əbülfəs Qarayev son illər filmlərimizdə fon musiqilərinin qorxunc, heç bir ümid verməyən fon musiqilərinin səsləndiyini deyib. 

Nazir bəstəkarlara səslənərək bu problemin aradan qaldırılmasında iştirak etməyə çağırıb: "Düzdür, biznes mühiti tamam başqa məsələlər diqtə edir, ancaq biz dövlət olaraq yaradıcı ittifaqlara dəstək veririk. Azərbaycan bəstəkarları bununla niyə məşğul olmurlar? Əgər belə getsə, filmlərimizdə, seriallarda texniki musiqidən başqa bir musiqi görməyəcəyik. Ona görə mən bəstəkarlarımızı bu məsələlərdə həssas olmağa çağırıram. Gəlin, bu barədə məsələ qaldıraq, bu kimi problemlər həll olunsun".

Mövzu ilə bağlı kinoşünas Aygün Aslanlı ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan A. Aslanlı bu sözləri deyib:

“Kinonun, serialın musiqisi senaridən və müəlliflərdən asılıdır. Bu, əhəmiyyətli ola da bilər, olmaya da. Seriallarda bu daha çox drammatik melodram effektini, yaxud gərginliyi artırmaq üçün istifadə edilir. Səhnələrin təsirini artırmaq üçün musiqilərdən istifadə olunur. 

Müəllif filmlərində bu, müəllifdən asılıdır. Elə müəllif filmləri var ki, onun üçün musiqi yazılır, siz film boyu musiqini eşitmirsiniz. Sadəcə sonda titrlarda görünür ki, filmin bəstəkarı varmış. Ümumiyyətlə, müəllif fimlərində musiqidən isifadə etmək tendensiyası yaxşı qarşılanmır. 

Mən Azərbaycan seriallarına çox baxmıram. Mənim bildiyim qədərilə o seriallar üçün xüsusi musiqi yazılmır. Onların hamısı götürülmə musiqilərdir, hazır melodiyaları götürürlər. Bu hər yerdə belə olur, Türk filmlərində də belədir, amma bəzən original musiqilərin yazıldığına da rast gəlinir. Ümumiyyətlə, serialda musiqi təsir gücünü artırmaq üçün istifadə edilir”.

“Sirr” (2012) serialının musiqisini hazırlayan bəstəkarı Aygün Səmədzadə ilə də əlaqə saxladıq. O bu cür sorğularda iştirak etmədiyini və artıq heç bir seriala musiqi bəstələmədiyini bildirib. 

Tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov isə Azərbaycan seriallarını izləmədiyini deyib: “Mən Azərbaycan seriallarına baxmıram, ona görə bir şey deyə bilməyəcəyəm”.

шаблоны для dle 11.2
Tarix: 1-11-2019, 17:40




Xəbər lenti