Tanınmış meyxanaçı yaddaşını İTİRDİ



Tanınmış meyxanaçı yaddaşını İTİRDİ

Kərimin ailəsinə dostları kömək edir. Axırıncı dəfə Qurban bayramında getdim yanına. Ancaq peşman oldum.

Bu sözləri meyxanaçı Ağamirzə "Ay Zaur" verilişində qonaq olarkən deyib. Sənətçi həmkarı Ağakərimin (Kərim Novruzov) səhhətindən bəhs edib. O bildirib ki, Ağakərim artıq heç kimi tanımır:

"Kərim uzanıb gözümə baxırdı. Evdən deyirdilər Kərim, Ağamirzədi. Deyir, hə, hə. Beş dəqiqə keçəndən sonra yenə yaddaşı gedir. Övladlarımı da aparmışdım.

Ondan sonra uşaqları aparıram, gedib dəyirlər. Özüm düşmürəm maşından, ürəyim ağrıyır. Danışa bilmir, gözlərimə baxır. Maddi köməklik edirəm. Elə dostları var, çox kömək edir. Elə müğənnilər də var ki, Kərim xəstələnəndən qapısını açmır". \\Axar

шаблоны для dle 11.2
Tarix: 24-12-2019, 09:27




Xəbər lenti