"Mənim xalqım kasıbdır, insanlar zülmlə yaşayır..." - Xalq artisti


"Mənim xalqım kasıbdır, insanlar zülmlə yaşayır..." - Xalq artisti

“İllərdir eyni nömrəni istifadə edirəm, hər kəsdə nömrəm var, mənimlə istədikləri vaxt əlaqə yarada bilirlər. Bəzən kasıb bir adam zəng vurub deyir ki, “Bilal müəllim, bir şəhid ailəsində toy məclisi var, gəlib yarım saat oxuyarsınızmı?” Belə olanda deyirəm ki, baş üstə, təbii ki, gələrəm. Şəhid ailələri üçün biz hamımız təmənnasız oxumalıyıq”.

Bu sözləri Yenisabah.az saytına açıqlamasında Xalq artisti Bilal Əliyev deyib.

Müğənni bildirib ki, pul onun üçün əsas meyar deyil: “Xalqı düşünmək, xalqın xeyrində-şərində iştirak etmək lazımdır. Mən onsuz da xarici ölkələrə gedib, yaxşı qiymətə toylarda oxuyuram. Amma mənim xalqım kasıbdır, insanlar zülmlə yaşayır, onlara da xidmət etməyi özümə borc bilirəm. Bunu heç kəsdən gizlətmirəm, düz dörd ildir söz vermişəm ki, öz xalqım üçün ən ucuz qiymətə gedib oxuyacağam və o sözü də tuturam.

Lakin mən, eyni zamanda, çox baha qiymətə xarici ölkələrə gedib, toy, yubiley məclislərini də oxumuşam. Azərbaycan vətəndaşına xidmət etmək bizim borcumuzdur. Çünki bizim vətəndaş gedir bir ay işləyir 300 manat maaş alır, ya da 200 manat təqaüd alır, onu toplayıb övladına məclis keçirir, bəs mən onları düşünməyim? Mən on dəfə Həccə gedib-gəlmişəm, onda belə çıxır ki, elə-belə gedib gəlmişəm? İnsanlara yardım etmək lazımdır”.

Cebhe.info

шаблоны для dle 11.2
Tarix: 15-03-2020, 09:46




Xəbər lenti