"Nə nazirdən qorxacağım var, nə də nazirin böyüyünün böyüyündən" - ŞOK CAVAB...


"General deyiləm ki, paqonu sökələr, ev verməyiblər ki, əlimdən alalar..."



"Şükürlər olsun məni millətim tanıyır, məni hakimiyyət tanıyır, məni müxalifət tanıyır! Mənim yaltaqlığımı, mənim sürüşkənliyimi nə vaxt, harada, kimin ünvanında görmüsüz???"

Moderator.az xəbər verir ki, bunu Azərbaycan Respublikasinin xalq artisti Flora Kərimova Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun Moderator.az-a verdiyi açıqlamada (https://www.moderator.az/news/324889.html) işlətdiyi ifadələrə görə cavab verərkən işlədib:

"Əbdül, sizə həqiqətən hörmətim var idi. Sizi bir il yox, əlli ildir ki, tanıyıram. Mən nə yazmışam, siz nə cavab vermisiz...

Sizin mənə “SƏN” deyə müraciətiniz və bu yazınız gözümü açdı. Buna görə çox sağ olun!
Bu 50 ildə siz, deyəsən, heç məni tanımadız. Mən məzlumun harayına kar olan, zalımın xofuna kor olan biri deyiləm. Nə nazirdən qorxacağım var, nə də nazirin böyüyünün böyüyündən! General deyiləm ki, paqonu sökələr, ev verməyiblər ki, əlimdən alalar. Ömrüm boyu heç kimə heç nədə borclu olmamışam. Bunu bütün millətim bilir. Səhfləri olubsa, demişəm, haqlı olublarsa, tərəflərində durmuşam!

Gündəm? - siz düşünürsüz gündəm lazımdır mənə? İndiyə kimi oxuduqlarımın bir notunu təkrar edən olmadı, on illərlə qadağalarım oldu, unudulmadım. Əgər gündəm lazım idisə, sizdən böyük fiqur tapa bilməzdim? Güldürməyin məni...

Bəli qocalımışam. Nə yaşımdan, nə qırışlarımdan, nə də ağ saçımdan utanıram! Şükürlər olsun ki, Allah hələ ağlımı əlimdən almayıb. Lazım gələrsə, O ağlımla min ağzı yummağa qadirəm.
Sizin diplom işiniz 1970-ci il deyil, 1974-cü ildir. Mən 1962-ci ildə “Cavanşir” radio-tamaşasında (Mehdi Hüseynin), 1963-cü ildə “Böyük dayaq” filmində ( Həbib İsmayılovun) FİKRƏT ƏMİROVUN MAHNILARINI OXUMUŞAM. 1969-cu ildə Tofiq İsmayılovun “İNTİZAR” filmində Fərəc Qarayevin, 1970-ci ildə Həsən Seyidbəylinin “ O qızı tapın” filmində Oqtay Kazıminin, 1972-ci ildə Şəfiqə Axundovanın “Gəlin qayası” operasını (radio-tamaşasını) oxumuşam! 1965-ci ildə opera səhnəsində Leyli olmuşam, 1968-ci ildə Muxtar Dadaşovun “Qanun naminə” filmində baş rolda çəkilmişəm! Hələ nə qədər Moskvanın sifarişi olan sənədli filmlər var, sadalamağa ehtiyac qalmır. O illərdə siz hələ də tələbə idiz! İndi siz deyin, siz məni İLK DƏFƏ FİLMDƏ OXUTMUSUZ, yoxsa mənim şöhrətim lazım idi sizin “diplom işiniz” üçün? Ayıbdır sadəcə! Məni savadsızlıqda günahlandırırsınız, amma, görünür ki, özünüzün tarixi savada ehtiyacınız var.

“Flora Dövlətin düşməni olub”- ay hay!!! Bu sözünüz, məhz bu cümləniz sizin içinizin, xəbisliyinizin, kimliyinizin göstəricisidir! Ümid edirsiz, bu xatırlatma sizi hədəfinizə çatdıracaq? İndiyə kimi rəhmət oxumadığım, ağlı başından uzaq olan birilərini xatırlatdınız!

Şükürlər olsun məni millətim tanıyır, məni hakimiyyət tanıyır, məni müxalifət tanıyır! Mənim yaltaqlığımı, mənim sürüşkənliyimi nə vaxt, harada, kimin ünvanında görmüsüz??? Dilinizə gətirdiyiniz o sözün mənasına vardınızmı? Düşünürsüz məni “yola vermək” mümkündürmü?! Çevrənizdə olan kimlərlə qarışdırırsız məni? Təhlükəli olub hansı döstumu satmışam, kimə xəyanət eləmişəm? Bəlkə, sizinlə yol yoldaşı, silahdaş olmuşuq, xəbərim yox? Nə vaxt sizin “ƏLİNİZİ ÖPÜB, BƏY TƏRİFİ” etmişəm? Heç sizin bəhrəsini gördüyünüz, MƏDH etdiklərinzin əlini öpməmişəm. Öpməyə, tərif eləməyə ünvanmı tanımıram, yoxsa necə yalaxcasına o yolları gedənləri görmürəm?!

Əbdül Mahmudov, Mahmudbəyov, Şeyx Əbdül hansı ad sizə xoşdur, o cür də qəbul edin, amma öz tərəzinizlə məni ölçməyin!"

Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Xalq artisti Flora Kərimovanın onun ünvanına səsləndirdiyi ittihamlarına cavab verərkən xalq artisti Flora Kərimovanın ünvanına "“sürüşkən” və təhlükəli qadın" ifadələri işlətmişdi.
шаблоны для dle 11.2
Tarix: 14-05-2020, 23:38




Xəbər lenti