“Saxta evliliyə əl atıb“ - Stilist Anarla aparıcı arasında qalmaqal + Foto

“Saxta evliliyə əl atıb“ - Stilist Anarla aparıcı arasında qalmaqal + Foto

Tanınmış stilist Anar Ağakişiyev ilə aparıcı Hüsniyə Məhərrəmova arasında qalmaqal davam edir.

Yenisabah.az xəbər verir ki, stilist ad çəkmədən aparıcıya söz atıb, hətta onun Maltada saxta evliliyə imza atdığını bildirib:

"Əgər bir insan uğursuz və paxıl doğulursa, ona heç bir şey kömək etməz. Saxta evliliyə əl atıb, Malta vətəndaşlığı almaq da ona kömək edə bilməz. Çünki uğursuzluq və paxıllıq onun içindədir. Adam paxıllığın nəticəsini görür, işdən qovulur, uğurlu təkliflər də almır... Layihələri dəfələrlə uğursuz alınıb, amma yenə də rahatlamır".

Qeyd edək ki, H.Məhərrəmovanın tez-tez Maltaya getməsi, sosial şəbəkələrdə oradan görüntülər paylaşması stilistin ona söz atdığını təsdiqləyib. Həmçinin aparıcı bir müddət əvvəl AzTV-dəki fəaliyyətini dayandırıb.

“Saxta evliliyə əl atıb“ - Stilist Anarla aparıcı arasında qalmaqal + Foto
Tarix: 12-06-2020, 00:26




Xəbər lenti