Bəhram Bağırzadə DANIŞDI: Əmi düz bir ay reanimasiyada yatdı, biriniz də...


Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə hazırda Bakıdakı karantin xəstəxanalarından birində müalicə alır.

Siam.az  xəbər verir ki, bu barədə Modern.az-a Əməkdar artist özü məlumat verib. B.Bağırzadə onun üçün narahat olanlarla bağlı xəstə yatağında da zarafatından qalmayıb:

"70-ci illərin məşhur Azərbaycan aktyoru Ağasadıq Gəraybəyli , bir ay xəstələnib reanimasiyada qaldıqdan sonra teatra işə qayıdır. Dəhlizdə o zaman gənc Yaşar Nuri ilə üzbəüz gəlir. Yaşar deyir: "Əmi, salam, həmişə ayaq üstə, həmişə işdə-gücdə." Gəraybəyli incik-incik deyir ki, nə əmi- əmi deyirsiniz. Əmi düz bir aydır reanimasiyada yatdı, biriniz də gəlib ona dəymədiniz. Getdim, o dünyanı gördüm, gəldim. Yaşar da cavab verir ki, eybi yox əmi, adama gəzmək qalır, gəzmək!".

Əməkdar artist onunla maraqlanan hər kəsə təşəkkür edərək, əlavə danışmaq istəməyib.

Qeyd edək ki, B.Bağırzadə əvvəlcə COVİD-19 olması ilə bağlı məlumatları təkzib etsə də, Modern.az-a açıqlamasında bunu təsdiqləmişdi.
Tarix: 15-06-2020, 09:53




Xəbər lenti