Hara gedirsən? Vətən sənə halallıq vermir – Deputatdan nazirə təklif

“Mənə elə gəlir ki, səhiyyə naziri Teymur Musayev təyinat məsələsində yumşaq davranır. Nə olur olsun, təyinatı alan həkim təyinat yerinə getməlidir. Əks təqdirdə onlara diplom verilməli deyil”.Hurriyyet.Az Ölkə.az-a istinadla xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib.
O əlavə edib ki, Tibb Universitetində yaxşı dərs keçirilir: “Çünki bizim həkimləri Şərqi, Qərbi Avropa, Türkiyə və başqaları məmuniyyətlə qəbul edir. Demək ki, hazırlıqlıdırlar. Ay oğul, məni qoyub hara gedirsən? Mənim borcumu ödəməmiş hara gedirsən? Belə təbliğ olunsun, birbaşa rəsmi şəkildə deyilsin ki, vətən sənə halallıq vermir. Bundan başqa, 1980-ci ildə İmişlinin Aranlı kəndində xəstəxana tikilib, 45 ildir ki, ağzıgünə qalıb. Bu xəstəxananı niyə tikdilər, niyə istifadə olunmadı? Teymur müəllim, bu məsələ ilə maraqlanın”.
Tarix: Dünən, 21:44