Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin"RABİTƏÇİ" diplomu sosial şəbəkələrdə yayılıb


Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin təhsil sənədi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. 2009–2013-cü illər ərzində Azərbaycan Texnologiya Universitetində ali təhsil almış Mənsimlinin diplomuna əsasən, o, “Rabitə qovşaqları və kommutasiya sistemləri” ixtisası üzrə bakalavriat təhsili alıb. Bu ixtisas nə "idarəetmə", nə də "təhsil" sahəsinə aiddir.

Qeyd olunur ki, Sənan Mənsimli 1987-ci ildə Biləsuvarda anadan olub. Təhsil idarəçiliyindəki karyerasına maliyyə sahəsindən başlayan Mənsimli, bir müddət Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi vəzifəsində çalışıb. 2022-ci ildə isə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri təyin edilib. Hazırda isə Qarabağ Regional Təhsil İdarəsinə rəhbərlik edir.

Sosial şəbəkələrdə yayılan qeyri-rəsmi məlumatlara görə, Sənan Mənsimli təhsil naziri Emin Əmrullayevin yaxın ətrafına aiddir və onun dəstəyi ilə bu vəzifəyə gətirildiyi iddia olunur.

Bu təyinat isə cəmiyyətin bir hissəsində narazılıq yaradıb. Təhsil sahəsinin strateji əhəmiyyət daşıdığı bir vaxtda, bu sahədə peşəkar olmayan şəxslərin yüksək vəzifələrə təyin olunması suallar doğurur. Yəqin edir ki Emin Əmrullayev bununla bağlı açıqlama verməkdən boyun qaçırmayacaqdır.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin ixtisası təhsil sahəsinə uyğun deyil –

BakuNews.az
Tarix: 23-11-2025, 16:27
Xəbəri paylaş





Xəbər lenti