Ata-anası tərəfindən tərk edilən bacı-qardaş - Bərdədə ailə dramı

Bərdədə 71 yaşlı ata və 43 yaşlı ana iki azyaşlı övladları ilə vidalaşaraq onları sığınacaqda qoyub gediblər. 
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat verib.
“Bir-birini təhqir edən valideynlərin vicdansızlığının bədəlini kim ödəyər? Əlbəttə ki, bu iki uşaq...Leksikonu ancaq söyüşdən ibarət olan günahsız uşaqlar...
1 rəqəmini tanımayan, oyuncaq gördüklərində belə heç bir reaksiya verməyən, məktəbin qapısının hansı rəngdə olduğunu belə bilməyən bu uşaqlar...
Hə, bu arada Bərdə İcra Hakimiyyətinin müvafiq komissiyasının əməkdaşlarını görən olsa deyin ki, uşaqları "Səni axtarıram" verilişindən bizə gətiriblər... Artıq onların ata, ana səlahiyyətləri sizdədir!
71 yaşlı ata və 43 yaşlı ana isə bu gün bu uşaqları ilə çox sakitcə vidalaşdı, Sığınacağın qarşısında...Geriyə belə çevrilmədilər...Yaratdıqları "ƏSƏRLƏRƏ" baxmaq üçün”.
Qeyd edək ki, uşaqların anası ikinci dəfə ailə həyatı qurub. 71 yaşlı kişi isə uşaqlara baxa bilmir.
Tarix: 2-04-2021, 08:21




Xəbər lenti