Elmira Axundova 250 minlik avtomobil aldı - FOTOLAR



Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova 250 min manata xidməti avtomobil alıb.
 
Pravda.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
 
Səfir Almaniyadan "Mercedes-Benz S 350L" markalı avtomobil gətizdirib:
 
"Elmira Axundova ötən il Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin olunanda özündən əvvəlki səfir üçün 2018-ci ildə alınmış 2008-ci il buraxılış BMW 730 markalı avtomobili bəyənməyib. Özünü Kiyevə çatdırar-çatdırmaz son model Mercedes-Benz S 350L (2020-ci il buraxılış) sifariş verib. Avtomobil Almaniyadan sifariş olunub, dəyəri istehsalçı ölkədə 125 min avrodur (250 min manat). Son model bahalı avtomobil hazırda CDP 041 diplomatik nömrə ilə Elmira Axundovanın xidməti istifadəsindədir.
 
Elmira Axundova ötən ilin iyun ayında səfir vəzifəsinə təyin edilib, sifariş etdiyi avtomonil 2020-ci il dekabrın 17-də Ukrayna Dövlət Avtomobil Müfəttişliyində (Kiyev, Şevçenkivski rayonu) qeydiyyata alınıb" deyə Cavanşir Həsənli bildirib.

 

 
Tarix: 11-04-2021, 21:52




Xəbər lenti