Azərbaycan əhalisinin 64%-i dinsizdir? - İlahiyyatçı deputatdan açıqlama



Beynəlxalq PEW araşdırmalar mərkəzinin "Ən dindar olmayan ölkələr" kateqoriyası üzrə növbəti hesabatına görə (Gallup-un sorğusuna istinadən) Azərbaycan əhalisinin 64%-i "dinsiz"dir.

Siam.az-ın məlumatına görə, milllət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanda bu qədər nisbətdə dinsiz olması ağlabatan bir şey deyil:

“Din məsələsi çox həssas məsələdir. Bu mövzunu  digər məsələlərlə qarışdıra bilmərik.  Bununla bağlı statistikalar yazılarkən və ya hər hansısa araşdırmalar apararkən diqqətli olmalıyıq. Azərbaycan cəmiyyətinin böyük bir hissəsi Alllaha inanır. Biz Azərbaycanda çox az sayda insan görə bilərik ki, Allahı qəbul etməsin. Ümumən götürdükdə isə biz  Azərbaycan xalqının böyük bir hissəsinin həyat tərzində, əxlaqında dinin özünü göstərdiyini görürük. Dindar dedikdə ancaq namaz qılanlar, ibadət edənlər nəzərdə tutulmalı deyil. Əslində dində tam olaraq belə də deyil. İnsanlar gündəlik dini ibadətlərini həyata keçirirsə dindar, keçirmirsə dinsiz deyil. Bu statistikalar daha çox Qərbə aid olmalıdır”.


Modern.az
Tarix: 9-06-2021, 21:15




Xəbər lenti