Ankara və Brüssel bu koalisiyaya rəsmən qoşuldu
Ankara və Brüssel bu koalisiyaya rəsmən qoşuldu Türkiyə və Belçika hökumətləri rəsmən Ukrayna üçün dron koalisiyasına qoşulub. SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb. Beləliklə, indi koalisiyanın tərkibinə 20 dövlət daxildir. Onların arasında Latviya, Böyük Britaniya, Ukrayna, Avstraliya, Belçika, Çexiya, Danimarka, Fransa, Estoniya,
İtaliya, Yeni Zelandiya, Kanada, Litva, Lüksemburq, Hollandiya, Norveç, Polşa, Türkiyə, Almaniya və İsveç var. Ümumilikdə, koalisiyaya üzv ölkələr bu il Ukraynaya dəstək üçün 2,75 milyard avro ayrılması öhdəliyini götürüb. Hələlik üzv ölkələr Böyük Britaniyanın rəhbərlik etdiyi dronlar üzrə koalisiyanın ortaq satınalma fonduna ümumilikdə təxminən 180 milyon avro köçürüb.
Tarix: 3-07-2025, 14:57