«Mayn Kampf»ın təkrar nəşri Almaniyada ötən ilin satış hiti olub
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Adolf Hitlerin «Mayn Kampf» kitabının təkrar nəşri şərhlərlə birlikdə, Almaniyada ötən ilin satış hiti olub. Bu barədə «Taqesşpigel» nəşri xəbər verib.
İl ərzində kitabın planlaşdırılmış 4 minlik nüsxəsi əvəzinə, 85 min nüsxəsi satılıb. Bu ay ərzində artıq kitabın altıncı tirajı çapdan çıxmalıdır.
Xatırladaq ki, «Mayn Kampf» kitabını Adolf Hitler 1924-cü ildə yazıb. Bir sıra ölkələrdə kitab ekstremist material elan olunub.
Qeyd etmək yerinə düşərdi ki, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı 2002-ci ildən başlayaraq, «Mayn Kapmf» kitabını Türkiyə ləhcəsindən Azərbaycan ləhcəsinə çevirərək, qəzetin saylarında səhifə-səhifə dərc edib. Buna görə o, hətta məhkəməyə də çəkilib.
Siam.az
Tarix: 4-01-2017, 08:14