Serbiyada sərnişin və yük qatarları toqquşub: 22 yaralı
Serbiyanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində 22 nəfər xəsarət alıb.Siam.az bildirir ki ,Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, toqquşma Belqrad-Novi-sad dəmir yolunda Saylovo-Kisaç stansiyasının yaxınlığında baş verib.
Hadisə yerinə tibb işçiləri ilə birlikdə, polis və yanğınsöndürənlər cəlb olunub. Sərnişinlərin həyatı üçün təhlükə yoxdur.
Siam.az
Tarix: 12-01-2017, 08:55