“Vəziyyət mürəkkəbdir, istənilən addımı ata bilərik” – Münaqişə alovlanır

 


“Vəziyyət mürəkkəbdir, istənilən addımı ata bilərik” –
“Donbas münaqişəsini həll etmək üçün aparılan danışıqlar mürəkkəbdir”.

KONKRET.az xəbər verir ki, bunu Üçtərəfli Təmas Qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri, keçmiş prezident Leonid Kravçuk deyib.

“Minsk formatında iki vasitəçimiz var: ATƏT və Rusiya. Donbasdakı münaqişəyə son qoymaq barədə kimlə danışmalıyam? Rusiya separatçılarla danışıq aparmağımızı istəyir, amma qərar vermir. Bundan sonra danışıqları necə davam etdirmək olar? Kimə inanmalıyam?”, – eks-prezident bildirib.

Onun sözlərinə görə, Almaniya və Fransa Rusiyanın Donbasdakı münaqişə tərəfi olduğunu deyir, Moskva isə özünü “vasitəçi” adlandırır. Kravçuk əlavə edib ki, Ukrayna münaqişəni həll etmək üçün istənilən addımı atmağa hazırdır. teleqraf.com
Tarix: 31-03-2021, 09:27




Xəbər lenti